Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Qiymətlər sərbəst buraxılsa, dərmanlar bahalaşacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qiymətlər sərbəst buraxılsa, dərmanlar bahalaşacaq"

“Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi”. Bunu iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib.

 

Reklam_3_11

Onun sözlərinə görə, ölkədə tənzimlənmədən qabaq dəyəri 2 manata olan Hindistan istehsalı dərman 15 manata, həmin tərkibdən olan Almaniya istehsalı dərman isə 4 manata satılıb: “Bəzən mətbuatda belə fikirlər səslənir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi sərbəst buraxılsa, yaxşı olar. Dərman vasitələrinin qiyməti sərbəst buraxılsa, qiymət ucuzlaşmayacaq, əksinə bahalaşacaq”.

 

Tarif Şurası: Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq

 

n vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub”.

 

Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.

 

İ. Məcidov qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır: “28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zamanı isə qiymətləri yuxarı qaldırılacaq”.

 

Tarif Şurası: On min dərman vasitəsinin qiyməti tənzimlənib

 

“İndiyə kimi 10000-dən artıq dərman vasitəsinin qiyməti dövləti tərəfindən tənzimlənib”.

 

Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, digər məhsullardan fərqli olaraq, vətəndaşlar dərman vasitələri haqqında geniş məlumata malik deyillər: “Dərman vasitələrinin qiymətləri sərbəst buraxılarkən bundan sui-istifadə hallarına yol verilir. Avropa ölkələrində də dərman vasitələrinin qiyməti tənzimlənir”. 

 

© APA

16.02.2017 09:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ