Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyədə 2015-dən bəri bir ilk baş verdi, Lirə bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə 2015-dən bəri bir ilk baş verdi, Lirə bahalaşdı

Türkiyənin tədiyyə balansında 3 il sonra ilk dəfə profisit qeydə alınıb


 

Reklam_3_11

Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) Avqust ayı tədiyyə balansı göstəricilərini açıqlayıb.

 

"Marja" xəbər verir ki, tədiyyə balansında avqust ayında 2 milyard 592 milyon dollar profisit yaranıb. 12 aylıq kəsir isə 51 milyard 125 milyon dollar olub.


 
 2015-DƏN BƏRİ İLK


 
2015-ci ilin Sentyabr ayından bu yana tədiyyə balansında ilk dəfə profisit qeydə alınıb. Profisitin yaranmasına, xarici ticarət kəsirinin bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 3 milyard 65 milyon dollar azalaraq 1 milyard 284 milyon dollara düşməsi və xidmətlər balansında gəlirlərin 741 milyon dollar artaraq 4 milyard 627 milyon dollara yüksəlməsi səbəb olub. 
 


Proqnoz 2.5 milyard dollar profisit idi.

 

Məlumatın açıqlanmasından sonra Lirə bahalaşıb. Bakı vaxtı ilə saat 13:00-da Dollar/TL məzənnəsi 5,9805 səviyyəsinə düşüb. Lirə Dollar qarşısında 1,6% bahalaşıb.

11.10.2018 11:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ