Avropa birjaları çökdü

ABŞ-Çin ticarət müharibəsinin şirkətlərin gəlirlərini aşağı salacağının gözlənilməsi ilə Avropa birjaları 20 aydan çox müddətin ən aşağı səviyyəsinə enib.
 

"Marja" xəbər verir ki, "Stoxx Europe 600" İndeksi 1.7% düşüb və  2017-ci ilin Yanvar ayından bəri ən aşağı səviyyəyə enib.

 

Total və Shell şirkətlərinin səhmləri Brent neftin ucuzlaşması ilə 2%-dən çox düşüb. İtaliya birjası da düşüb və "ayı bazarı"na yaxınlaşıb. Texnologiya səhmləri təzyiq altındadır.
 

Avropa birjaları dünən də Martdan bəri ən aşağı səviyyəyə düşmüşdü.
 

Almaniyada DAX İndeksi 1.1%, Fransada CAC 40 İndeksi 1.4%, Britaniyada FTSE 100 İndeksi isə 1.7% geriləyib.

 

Qeyd edək ki, ötən həftələr 86 dolları keçən Brent nefti bu gün 81 dollara düşüb.

 

Əlavə edək ki, Yaponiya səhmlərində Martdan bəri ən kəskin ucuzlaşma baş verib.

 

NYU-YORK BİRJASINDA "ZƏLZƏLƏ"

 

Xəbər verdiyimiz kimi, ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən "ticarət müharibəsi"nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. 


Çərşənbə günü Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son 2 ilin, "Dow Jones" və "Standard & Poor's 500" indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək son 8 ayın ən böyük itkilərini veriblər.

11 Oktyabr 2018 , 13:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin