Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avtomobilə sığorta internetdən necə ucuz alınır? - SİSTEMDƏ BOŞLUQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobilə sığorta internetdən necə ucuz alınır? - SİSTEMDƏ BOŞLUQ

 

"İnternet üzərindən sığorta müqaviləsinin əldə edilməsi zamanı  sığorta haqqının süni şəkildə azaldılması mümkündür"

Reklam_3_11

 

2016-cı il noyabr ayının 1-dən etibarən avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığorta müqavilələrin (AVSMMİS) elektron sənəd formasında bağlanılmasına və sığorta haqlarının elektron ödəniş sistemi vasitəsi ilə qəbul edilməsinə start verildi. Təbii ki, Azərbaycan sığorta bazarı üçün bu böyük bir inkişaf və düzgün istiqamətdir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövürdə onun imkanlarından istifadə edilməsi və istər sığorta, istərsə də digər maliyyə bazarlarına inteqrasiyası qaçılmazdır. AVSMMİS müqavilələrinin elektron sənəd formasında keçid bazara bir çox tövhələr verdi. Bunlardan önəmli olanlarını sadalamaq olar:  

 

-Kağız daşıyıcıda olan şəhadətnamə blanklarından imtina: “İcbari Sığortalar Haqqında” Qanununa əsasən AVSMMİS müqavilələri yalnız informasiya sistemində olduğu zaman etibarlıdır. Məlum olduğu kimi bəzi hallarda sığorta vasitəçiləri kağız daşıyıcıda olan şəhadətnamə blanklarını informasiya sisteminə daxil etmədən sığortalıya təqdim edirdi və vətəndaşın əlində möhürlü sənəd olduğu üçün əmin idi ki, aldığı sığorta müqaviləsi etibarlıdır. Bu kimi hallar isə yalnız sığorta hadisəsi baş verdikdə aşkarlanırdı. Elektron müqaviləyə keçidlə kağız daşıyıcılar ləğv olundu.

 

-Sığorta müqaviləsinin sığorta haqqının ödənilməsindən sonra qüvvəyə minməsi: AVSMMİS müqavilələrinin elektron sənəd formasında keçiddən əvvəl sığorta müqavilələri sığorta haqqı alınmadan bağlanırdı və sığortalılara təklif edilirdi, razı olmadıqda isə sistemdən ləğv edilirdi. Sığorta haqqının elektron ödəniş sistemi vasitəsi ilə qəbulu artıq bu halı mümkünsüz etmişdir.

 

 

-Sığortalılar haqqında olan məlumatların (şəxsiyyət vəsiqəsində olan) birbaşa dövlət reyestrindən əldə edilməsi: Bu sığortalıların düzgün identifikasiya edilməsinə imkan yaradacaq və bir il ərzində informasiya sistemində sığortalılar haqqında olan məlumatların düzgün formalaşmasına, gələcəkdə sığortalılar haqqında düzgün sığorta tarixçəsi əldə etmək imkanı yaradacaqdır.

 

 

-Sığorta haqlarının sığorta agentləri, vasitəçilərində deyil, birbaşa sığortaçıların bank hesablarında toplanması.

 

AVSMMİS müqavilələrinin elektron sənəd formasında keçid həmçinin sığortaçılara, sığorta vasitəçilərinə bu məhsulu internet üzərindən onlayn satışını təşkil etmək imkanı yaratmışdır. Təbii ki, bu internetdən istifadə edən vətəndaşlar üçün də səmərəlidir, heç bir sığorta vasitəçisinə getmədən sığorta müqaviləsini əldə etmək çox rahatdır. “İcbari Sığortalar Haqqında” Qanununda AVSMMİS müqavilələrinin elektron sənəd, elektron imza haqqında Qanununa uyğun bağlanılması qeyd edilməsinə baxmayaraq, bu məhsulun internet üzərindən əldə edilməsi ilə bağlı hər hansı bir qaydalar tərtib olunmamış, mövcud deyildir. Qeyd edək ki, son vaxtlar bu tipli saytların sayı getdikcə artır və bu təqdirə layiqdir, lakin bu tipli saytlara müvafiq tələblərin qoyulmasına və xüsusi icazənin verilməsinə ehtiyac vardır. Hazırda AVSMMİS üzrə sığorta müqavilələrin onlayn satışını həyata keçirən saytlarda müqavilə necə bağlanır onu təhlil edək. Vətəndaş heç bir qeydiyyatdan keçmədən sayta daxil olur, sığortalı və sığorta predimeti haqqında olan məlumatı daxil edir, daha sonra ödəniş edərək sığorta müqaviləsini əldə edir. Yuxarıda qeyd etdiyim kimi, Büronun informasiya sistemində sığortalılar haqqında olan məlumatlar birbaşa dövlət reystrdən əldə edilir və daxil edilən məlumatlar yoxlanılır. Sığorta predimeti haqqında olan məlumatların yoxlanılması isə Büronun informasiya sisteminin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan məlumatlarla inteqrasiyası olmadığı üçün mümkün deyildir. Bu isə sığortalıya və ya sığortalı üçün onun vasitəçisinə internet üzərindən sığorta müqaviləsinin əldə edilməsi zamanı nəqliyyat vasitəsinin göstəricilərinin (mühərrikin həcmi, icazə verilmiş kütlə, sərnişin yerlərinin sayı) dəyişdirlməsinə imkan veririr, nəticədə sığorta haqqının süni şəkildə azaldılması mümkün olur. Sığortaçının internet üzərindən alınan sığorta müqavilələrində sığorta predimeti haqqında məlumatların yoxlanılması üçün isə heç bir texniki imkanı mövcud deyildir.  Onlayn əldə edilən bu tipli sığorta müqavilələri üzrə müqavilənin etibarlı olduğu dövr ərzində sığorta hadisəsi baş verərsə və sığorta müqailəsnin düzgün tərtib edilmədiyi aşkarlanarsa bu məsələ bəs necə tənzimlənəcək? Bu sığorta ödənişindən imtina üçün bu əsas ola bilərmi? və s.

 

 Qeyd edək ki,  “İcbari Sığortalar Haqqında” Qanununda müvafiq icra hakimiyyəti orqanının Büronun informasiya sisteminin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində olan məlumatlarla təhciz edilməsi göstərilmişdir. Lakin 2011-ci ildən indiyədək bu sahədə bir nəticə əldə edilməmişdir və inteqrasiya baş tutmamışdır. AVSMMİS üzrə elektron sığorta müqavilələrinin internet üzərindən satışının təşkil edilməsi informasiya sisteminin nəqliyyat şəhadətnaəməsində olan məlumatlarla təhciz edilməsindən sonra həyata kemçirilməsi daha məqsədə müvafiq olardı. 

 

Digər bir məsələ bu tipli saytlarda müqaviləni əldə edən şəxsin eyniləşdirilməsi aparılmadığından, sığorta vasitəçilərinə imkan verir ki, istənilən şəxsin adına sığorta müqaviləsi bağlanılsın və sığortalıya təqdim edilsin. Qeyd edək ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər hansı şəxs barəsində fərdi məlumatın toplanılmasına və yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron sənəd formasında razılıq və ya özünün təqdim etdiyi məlumatlar əsasında yol verilir.

 

Görünən odur ki, AVSMMİS üzrə sığorta müqavilələrinin kağız daşıyıcıdan elektron sənəd formasına keçidi ilə bağlı görüləsi işlər çoxdur, müvafiq Qanunvericilik bazasının təkmilləşdirilməsinə və prosesə kompleks yanaşmaya ehtiyac var.

 

Marja.az üçün, sığorta bazarı üzrə ekspert Nizami Kərimov

16.02.2017 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ