Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə Nazirliyi 40 milyon manat borc götürəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 40 milyon manat borc götürəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

16 oktyabr 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Həracda 40 milyon manatlıq istiqraz təklif olunacaqdır.

 

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Diskontlu, qısamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0104011686

Emissiya həcmi

40 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

364 gün

Ödəmə tarixi

15.10.2019

Anderrayter

Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

11.10.2018 15:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ