Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın daha bir quru yük gəmisi Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın daha bir quru yük gəmisi Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daha bir quru yük gəmisi – “Mahmud Rəhimov” Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq.

 

QSC-nin yaydığı məlumata görə, artıq gəmi Türkmənistanın Türkmənbaşı limanından karbamid yüki ilə Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi bu gün Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”-a gedəcək.  

 

Universal quru yük gəmisinin istismarına  nəzarəti  “AXDG” QSC-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi Gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə QSC-nin Türkiyə nümayəndəliyi həyata keçirəcək.

 

“Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

 

Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-i quru yük, ikisi tankerdir.

11.10.2018 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ