Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türk Lirəsi sabah cəsusun sərbəst buraxılacağı ehtimalı ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi sabah cəsusun sərbəst buraxılacağı ehtimalı ilə bahalaşır

Sabah Türkiyədə keçiriləcək məhkəmədə keşiş Endryu Bransonın sərbəst buraxılacağı gözlənilir. "Marja" xəbər verir ki, bu ehtimal Lirənin bahalaşmasına səbəb olur.

 

Bu gün Lirə Dollar qarşısında indiyədək 2,7% dəyər qazanıb. Bakı vaxtı ilə saat 22:27-də Dollar TL məzənnəsi 5.9144 səviyyəsinə düşüb. Ötən həftə Dollar 6.20 lirəyədək yüksəlmişdi.

 

Terror təşkilatları PKK, FETÖ/PDY adına cinayət törətmək və  casusluqda günahlandırılan Bransonun həbsi ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsilə nəticələnmiş və Dollar 7 lirəyədək bahalaşmışdı.

 

"COMMERZBANK"IN PROQNOZU

 

"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib. 
 

İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.

 

Ekspert, yaxın gələcəkdə geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.

 
RABOBANK-IN PROQNOZU
 

"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin  5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.

 

11.10.2018 20:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ