Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın xam neft ehtiyatları artıb - QİYMƏTLƏR DÜŞDÜ

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları artıb - QİYMƏTLƏR DÜŞDÜ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları keçən həftə 6 milyon barel artıb.


 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki  kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 6 milyon barel (1,5%) artımla 410 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar proqnozu, ehtiyatların 2,6 milyon batel artacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə də 8 milyon barel artmışdı.

 

Kommersiya xam neft  ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə 1,3 milyon barel (0,2%) azalaraq 658,7 milyon barelə geriləyib.

 

ABŞ-ın benzin ehtiyatları keçən həftə 1 milyon barel (0,4%) artımla 236,2 milyon barelə qalxıb.  


ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki gələn həftə ilə müqayisədə gündəlik ortalama 568 min barel azalaraq 7,4 milyon barelə geriləyib. ABŞ-ın ixracatı isə gündəlik ortalama 853 min barel artımla 2,58 milyon  barelə yüksəlib.

 

Xam neft istehsalı son 39 həftədə 33 dəfə artıb

 

Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 104 min barel artımla 11,2 milyon barel səviyyəsinə yüksəlib və yeni bir rekord qırıb.   ABŞ-ın xam neft istehsalı son 39 həftədə 33 dəfə artmışdır.

 

EIA-nın "Oktyabr 2018" hesabatında, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 10,7 milyon barel, gələn il isə 11,8 milyon barel olacağı təxmin edilir.

 

ABŞ-ın neft ehtiyatları və neft istehsalındakı artımın ardından qlobal bazarda xam neft qiymətləri aşağı düşüb. Brent növü xam neftin qiyməti 79,90 dollara, Qərb Teksas (WTI) növü xam neftin qiyməti də 71,14 dolları görüb. Bu gün səhər neft qiymətləri cüzi yüksəlib. Bakı vaxtı ilə saat 08:00-da Bremt nefti 80,73 dollardan alıcı tapıb.

12.10.2018 06:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ