Dollar ucuzlaşır, qızıl bahalaşır - GÜNƏ BAXIŞ

Dünya birjalarında Amerika iqtisadiyyatı fonunda qeyri-müəyyənliyin artması, qızıl qiymətlərinin 1220$-a kimi bahalaşmasına səbəb olub.


 

Foreks: Dollar oktyabrın minimumlarında. 

 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Amerikada inflyasiyanın azalması və Amerika Mərkəzi Bankının (FED) sərt monetar siyasətənin tənqid edilməsi, maliyyə bazarlarında dollar fonunda riskləri artırıb.


 

EUR/USD məzənnəsi artıq 1.16$, lirənin qiyməti isə 5.90TL-yə ticarət edilməkdədir.


 

İqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 4% dəyər qazanaraq, artıq 1220$-ın üzərində təklif edilməkdədir. Təhlillərə əsasən, qiymət yenidən 1226$-ı yuxarı istiqamətdə qırarsa, artım dalğası 1235$-a kimi də sürətlənə bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

12 Oktyabr 2018 , 08:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin