Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Günay Bank”dan, pulların geri götürülməsi xəbərinə reaksiya - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Bank”dan, pulların geri götürülməsi xəbərinə reaksiya - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Şirkətlər öz şəxsi istəklərilə vəsaitlərini Bankdan çıxardıblar"


 

Reklam_3_11

“Günay Bank” ASC “Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb” başlıqlı xəbərə münasibət bildirib. Xatırladaq ki, xəbərdə “Günay Bank”da depozitlərin, o cümlədən hüquqi şəxslərin (şirkətlərin) tələbli depozitlərinin, maliyyə institutlarının  depozitlərinin kəskin azaldığından bəhs edilir. Ətraflı oxu: Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb.

 

Bank depozitlərin kəskin azalmasının səbəbini açıqlayıb.“Günay Bank”dan “Marja”ya daxil omuş açıqlamada deyilir:

 

"“Günay Bank” ASC-nin  2018-ci ilin III rübünün hesabatı ilə bağlı Marja.az xəbər portalınını 10-11 oktyabr 2018-ci il tarixli məlumatına  və ümumiyyətlə müxtəlif informasiya saytlarında bu barədə gedən xəbərlərə Bank tərəfindən açıqlama olaraq bildirilir:

 

İlk öncə bildiririk ki,  rezident maliyyə institutlarının “Günay Bank” ASC-də yerləşdiyi depozitlərin vaxtı çatdığına görə bank tərəfindən 10 milyon manatdan artıq vəsaitin geri ödənişi həyata keçirilmişdir.

 

Bu o deməkdir ki,  bu məqamların kassa ilə bağlılığı yoxdur. Çünki, Bank ipoteka fondu hesabına verdiyi kreditlərin maliyyələşməsini həyata keçirdiyinə  görə onun beş milyon öhdəliyi artmışdır.

 

Hüquqi şəxslərin depozitlərinin azalması onların təsərrüfat və digər  fəalliyyətləri həyata keçirərkən cari hesablarından pul vasitlərinin öz şəxsi  istəklərinə görə götürülməsi ilə əlaqədardır. Deməli bu göstərici normal bir hal olaraq azalmışdır.

 

Buna baxmayaraq fiziki şəxslərin müddətli depozitləri  21 milyondan artaraq 49 milyona çatmışdır. Bu da ölkə vətəndaşlarının banka olan güvəninin bariz sübutudur.

 

Bankın böyük öhdəlikləri icra edildiyinə görə, ümumi aktivləri 192 milyon 209 min manatdan 173 milyon manata düşmüşdür. Bu isə öhdəliklərin azalması hesablna baş vermişdir. Yəni vəsaitin azalması, bankın öhdəliklərinin və borclarının azalması  ilə bağlıdır.

 

“Günay Bank” ölkənin iqtisadi-maliyyə sektorunda baş verən müxtəlif proseslərə rəğmən öz şəffalığını qoruyur. Çünki Bank və onun işçi heyəti, ictimaiyyətlə əlaqələr zamanı öz müştərilərinin, hətta onunla  əməkdaşlıq etməyən ölkə vətəndaşlarının belə rəğbətinə xüsusi önəm verərək, öz imicinin ədalətli əsaslarla qorunmasına çalışır”.

12.10.2018 07:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ