Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Rabitəbank” Azərbaycanda ilk zəmanətli ipoteka kreditini verdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank” Azərbaycanda ilk zəmanətli ipoteka kreditini verdi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) "Rabitəbank" “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu”na kredit zəmanətləri üzrə müvəkkil bank kimi secildikdən sonra banklar arasında ilk olaraq zəmanətli ipoteka krediti verib.

 

Reklam_3_11

İpoteka kreditini zəmanətli şərtlərindən istifadə etməklə borcalan kreditin maksimal məbləğindən faydalanmaq imkanı əldə etmişdir.

 

İpoteka kreditlərinə zəmanətlərin verilməsi əsas məqsədi əhalinin daha böyük təbəqəsinin ipoteka kreditlərinə çıxışını təmin etmək, eyni zamanda, kredit təşkilatlarını ipoteka kreditinin defoltu səbəbilə yarana biləcək itkilərdən qorumaqdır. İpoteka krediti üzrə zəmanətin verilməsi potensial borcalana 15%-dək olan ilkin ödənişlə ipoteka krediti almağa imkan verir.

 

Zəmanətin verilən adi kreditlər üzrə illik faiz dərəcəsi 7%, güzəştli kreditlər üzrə isə 3,7% təşkil edir.

 

Zəmanət ilə ipoteka kreditlərinin alınmasına dair daha ətraflı məlumatı www.mcgf.gov.azwww.rabitabank.com  internet səhifələrindən əldə etmək olar.

 

"Rabitətbank" ipoteka kreditləşməsi sahəsində ölkədə lider mövqelərdən birini tutur. İlin əvvəlindən bank tərəfindən 15 milyon manat məbləğində ipoteka krediti verilmişdir ki, bunun nəticəsində 200-dən çox ailə yeni mənzil sahibi olmuşdur.

 

25 illik bank tarixinə sahib "Rabitəbank" ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları barəsində daha ətraflı məlumat əldə etmək üçün www.133.az saytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

12.10.2018 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ