Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qazilərin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır- ANONS

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazilərin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır- ANONS

“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətinidə “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə,şirkət sosial  layihə olaraq, “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi)  kimi  xeyriyyə  xarakterli 3 aylıq  kurslar təşkil etməyə hazırlaşır. Kursa Qarabağ qaziləri, şəhid ailələrinin övladları və ailə üzvləri (17-25 yaş arası) cəlb ediləcəkdir. 

 

Qeyd edək ki, 48 saatlıq proqram əsasında təşkil olunacaq kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər Odlar Yurdu Universitetinin “Texnoparkında” “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin müəllimləri tərəfindən tədris olunacaq.

 

“Veysəloğlu” şirkətlər qrupun "Veb Dizayn" kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə, kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.

 

Xatırladaq ki, "Veb Dizayn" kursunun dərsləri 1 noyabr 2018-ci ildə başlayacaq.  Bu kursda İKT sahəsində ibtidai bilikləri olan 10 gənc iştirak edə biləcək. Layihədə iştirak etmək istəyən şəhid və Qarabağ qazilərinin övladları özləri haqqında məlumatı 20.10.2018-ci il tarixinə qədər [email protected] email ünvanına göndərə bilərlər. 

12.10.2018 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ