Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Gəncə qatarının sürəti tədricən 150-160 km/saata çatdırılacaq

“Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”.

 

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

“Bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeri, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda “Wi-Fi” quraşdırılacaq”, - deyə o, qeyd edib.

 

C.Qurbanov həmçinin deyib ki, Bakı-Gəncə qatarının sürəti tədricən 150 km/saata çatdırılacaq: “Biz 159 km/saat sürətini sınaqdan keçirmişik. Gətirilmiş qatarların sürət yığma qabiliyyəti isə 300 km/saata qədərdir. Ancaq bu günki imkanı 150-160 km/saata qədərdir. Hələlik dəmir yollarının kənarı tam bağlanmayıb. Bütün ölkə üzrə təhlükəsiz keçidlər təmin edilməyib. Sözügedən problemlər həll olunduqdan sonra biz sürəti qaldırmağa çalışacağıq".

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

12.10.2018 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ