Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Embafinans” 2018-də böyük artımlar qeyd edir – MƏNFƏƏTİ 5 DƏFƏ ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans” 2018-də böyük artımlar qeyd edir – MƏNFƏƏTİ 5 DƏFƏ ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə də Bank olmayan kredit təşkilatı “Embafinans” MMC böyüməkdə davam edərək bazardakı mövqeyini möhkəmləndirir. Kredit təşkilatının aktivləri, kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb.

 

GƏLİRLƏRİ ARTIB

 

“Marja” xəbər verir ki, “Embafinans”ın faiz gəlirləri 2018-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 3 milyon 975 min manat təşkil edib. BOKT ötən ilin eyni dövründə 3 milyon 88 min manat faiz gəliri əldə etmişdi.

 

Müqayisə olunan dövrdə, “Embafinans”ın haqq və komissiya gəlirləri isə 69% arataraq 576 min 417 manatdan 975 min 841 manata qalxıb.

 

QAZANCI  5 DƏFƏYƏ YAXIN ARTIB

 

"Embafinans" MMC-nin mənfəəti 2018-ci ilin yanvar-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə artaraq 1 milyon 789 min manat təşkil edib.Təşkilat 2017-ci ilin yanvar-sentyabr dövründə 388 min 222 manat  mənfəət əldə etmişdi.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB

 

“Embafinans”ın aktivlərində də artım müşahidə edilir. Kredit portfelinin 18% artmasının təsiri ilə cəmi aktivlər 12% artaraq 22 milyon 838 min manatdan 25 milyon 559 min manata yüksəlib. Təşkilatın kredit portfeli isə 30 Sentyabr 2018-ci il tarixində 19 milyon 49 min manata çatıb. Ötən ilin Sentayrında bu məbləğ 16 milyon 110 min manat idi. İllik müqayisədə “Embafinans”ın məcmu kapitalı 8% artaraq 14 milyon 683 min manata yüksəlib.

 

PORTFELİN KEYFİYYƏTİ

 

“Embafinans” MMC-nin gecikmiş kreditlərinin kredit portfelinə nisbəti 4.9%-dir. Ötən ilin eyni dövrü ilə müqayisədə gecikmiş kredit nisbəti daha da aşağı düşüb. Belə ki ötən il bu göstərici 5.3% idi.

 

https://www.facebook.com/embafinans/

https://www.instagram.com/embafinans/

 

Müqayisəli maliyyə göstəriciləri (2017 və 2018-ci illərin ilk 9 ayı ərzində)

 
 

2017 (9 ay)

2018 (9 ay)

 

MALİYYƏ NƏTİCƏLƏRİ:

   

Faiz gəlirləri

3 088 253

3 975 006

129%

Faiz xərcləri

- 842 117

- 905 917

108%

Xalis faiz gəliri

2 246 136

3 069 089

137%

Haqq və komissiya gəlirləri

576 417

975 841

169%

Haqq və komissiya xərcləri

-    204 599

- 240 188

117%

Xalis əməliyyat gəliri

2 617 955

3 804 742

145%

İnzibati və digər əməliyyat xərcləri

- 2 229 733

- 2 016 085

90%

Vergidən əvvəlki mənfəət

388 222

1 788 657

 

Mənfəət vergisi xərci

-   77 644

-  357 731

 

Xalis mənfəət

310 577,48

1 430 926

461%

BALANS GÖSTƏRİCİLƏRİ:

   

Aktivlər

22 836 780

25 558 538

112%

Kredit portfeli

16 109 954

19 049 812

118%

Məcmu kapital

13 539 999

14 683 801

108%

 

12.10.2018 09:15

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ