Azərbaycan şirkətləri Qətərdə razılaşdılar

Azərbaycan məhsulları oktyabrın 8-10 tarixlərində Qətərin Doha şəhərində keçirilən “Birinci Beynəlxalq Məhsullar” təqdim olunub. 18 Azərbaycan şirkətinin məhsullarının nümayiş olunduğu stendlər xarici şirkətlər və ziyarətçilərin böyük marağına səbəb olub, ixraca dair razılaşmalar əldə olunub.

 

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, sərgi çərçivəsində “Azersun  Holding” şirkəti “Al Meera”, “Carrefour” və “Lulu” ticarət şəbəkələri  ilə məhsullarının satışına dair razılıq əldə edib. Azərbaycanın “Rəmzi-S” MMC şirkəti  ilə “Woodworks”, “New Tech Contracting”, “Golden Opportunity Trad and Contracting”, “ABM”, “K.M. contracting” şirkətləri ilə Sobsan  boyalarının satışına dair razılığa gəlinib. “Şirin” MMC şirkəti məhsullarının Qətərin böyük marketlər şəbəkəsində satışına dair danışıqlar aparıb.

 

Azərbaycanın  “Amoris” MMC şirkətinin məhsulları da xarici şirkətlərin marağına səbəb olub. Belə ki, Qətərin “Salamis”, “Red Colt Co”, “Al wabra Farm” şirkətləri ilə məhsulların ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Bundan başqa, “Gilan Holding” və “Buta Agro” şirkətləri də Qətərə məhsul ixracına dair müvafiq razılığa gəliblər.

 

Azərbaycanın “M studio” dizayn şirkəti Qətər şirkətlərinin inzibati binalarında və şəxsi mənzillərdə dizayn xidmətlərinin həyata keçirilməsinə dair sifarişlər alıb. Qətər dövlətinin Memarlar İttifaqı tərəfindən şirkətə İttifaqa üzv olmaq təklif olunub.

 

Qeyd edək ki, qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri “Birinci Beynəlxalq məhsullar” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə fərdi qaydada iştirak edib.

12 Oktyabr 2018 , 13:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin