Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Torpaq sürüşməsi baş verib, 8 ailəyə evlərini tərk etməklə bağlı xəbərdarlıq olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Badamdar şossesində torpaq sürüşməsi baş verib.

 

Reklam_3_11

Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, oktyabrın 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilən istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

 

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

 

Vətəndaşların və Badamdar yolundan keçən avtomobillərin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Bildirilib ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

12.10.2018 11:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ