“Mətanət A” şirkətində yeni vakansiyalar - SİYAHI

1.“Mətanət A” şirkəti  Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir

 

İşin təsviri:

 

-İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;

-Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,

-Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;

-Təlimatların, iş axını sxemlərin, nəzarət kartların  hazırlanması və razılaşdırlmasını təmin etmək;

-İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;

-Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə  daxili auditlərinin aparılması;

-İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;

-Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Tələblər:

 

-Yaş həddi: 28-40

-Ali təhsilli (menecment, və ya  standartlaşdırma və sertifikasiya sahəsində), və ya  texniki yönümlü ali təhsil

-İş təcrübəsi: Bu sahə üzrə minimum 2  il təcrübə;

-Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO    9001:2015, İSO    9001:2015 sertifikatlara malik olması); 

-İSO    14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində  müvafiq kurslarda iştirak. (İSO    14001:2015 sertifikatlara malik olması);

-KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;

-Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;

-Microsoft Office proqramlarını əla səviyyədə bilməli; 

 

Şəxsi keyfiyyətləri:

 

-Liderlik;

-İşə planlı yanaşma;

-Fikrini izah etmək qabliyyəti;

-Ünsiyyət yaratmaq bacarığı;

-Analitik düşünmə qabiliyyəti;

-Fəallıq.

 

Əlavə şərtlər:

-Ezamiyyət imkanları;

 

Əlavə tələblər:

-Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

 

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

-Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected] ünvanına göndərə bilərlər.


 

2“Mətanət A” şirkəti  Mühasib vakansiyasını elan edir

 

İşin təsviri:

-Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;

-Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

-Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;

-İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;

-Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək

-İstirahət: Şənbə və  bazar günü

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə

 

Tələblər:

 

-Təhsil: Ali (İqtisadi)

-İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan

-Yaş həddi:25-50

-Dil bilikləri: Azərbaycan və Rus dili

-Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

 

Şəxsi keyfiyyətləri:

-İşə planlı yanaşmaq bacarığı;

-Yüksək ünsiyyət bacarığı;

-Nitq mədəniyyəti;

-Təmkinlilik, etibarlılıq, özünəinam;

-Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

 

Qeyd

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin


 

“Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir

 

Vəzifə öhdəlikləri

 

-Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;

-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;

-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;

-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;

-Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;

-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

-Logistika və nəqliyyat nəzarətinin təşkili;

-Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.

-Alınan malların keyfiyyətinə nəzarət;

-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

-Gömrüklə işləmə bacarığı;

-Satınalma sənədlərini hazırlama qabiliyyəti.

 

Təhsil/Təcrübə: 

-İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;

-Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;

-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

-Təchizat zənciri haqqında ümumi biliklər;

-İncoterms 2010;

-Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;

-Komanda işinin təşkili;

-Yaş həddi: 25-35;

-Kompüter biliyi: MS Office  (Word, Excel);

-Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Əmək haqqı:

 

-Razılşama yolu ilə.

 

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-CV-ləri [email protected] ünvanına göndərin.


 

4.Xarici satınalma üzrə mütəxəssis

 

İşin təsviri:

 

-Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

-İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;

-Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

-Alınan malların keyfiyyətinə nəzarət.

 

İş şəraiti:

 

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

 

Əmək haqqı:

 

-Razılaşma yolu ilə:

 

Tələblər:

-Təhsil: Ali (bakalavr);

-Yaş həddi: 25-45;

-Kompüter biliyi: MS Office  (Word, Excel);

-Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;

-5 il iş təcrübəsi.

 

Şəxsi keyfiyyətləri:

-Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

-Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

-Satınalma sənədlərini hazırlama qabiliyyəti;

-Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

-Gömrüklə işləmə təcrübəsi;

-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

-Xarici və daxili ezamiyyətlərə getmə imkanı;

-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Qeyd:

 

-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə  götürülmürlər;

-CV-ləri [email protected] ünvanına göndərin.

12 Oktyabr 2018 , 14:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin