“Palmali”nin aclıq edən işçilərinin vəziyyəti pisləşib

 

Qara dənizdə olan “Palmali” şirkətinə məxsus “Riroil 2” neftdaşıyan tankerin heyət üzvlərinin səhhəti bir aydan artıq sürən aclıq aksiyası nəticəsində pisləşib.

 

Heyət üzvlərindən birinin məlumatına əsasən gəmi sahibi bütün vəziyyətdən xəbərdardır və ancaq cavab vermək istəmir.

 

“Biz aclığı dayandırmamışıq, heyət üzvləri özünü pis hiss edir, tibbi ləvazimatlar isə demək olar ki yox səviyyəsindədir. Bu gün tufanlı hava olacaq və təbii fəlakətdən qaçmaq üçün Rusiya sərhədlərinə yan alacağıq. Gəmidə mənəvi, fiziki və psixoloji yorğunluq hiss olunur. Həmkarlar ittifaqı hazırda Qara Dənizdəki limanların birinə girmə məsələsini həll edir”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, içərisində Rusiya gəmiçiləri də olan 11-12 nəfərdən ibarət tankerin heyəti ötən ildən əmək haqlarını ala bilməmələrinə etiraz olaraq sentyabrın 1-dən aclıq aksiyasına başlayıblar.

 

Xatırladaq ki, bundan əvvəl oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus daha 3 gəmisinin heyəti analoji səbəblərdən aclıq aksiyasına əl atıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Finans

12 Oktyabr 2018 , 14:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin