Beynəlxalq Bankdan dəmiryolu işçilərinə özəl kredit kampaniyası

 

Azərbaycan Beynəlxalq Bankı 13  Oktyabr Dəmiryolu İşçilərinin Peşə Bayramı Gününə özəl olaraq yeni kredit kampaniyasına başlayıb.

 

Bankın əməkhaqqı və ya pensiya kartına sahib olan hər bir dəmiryolu işçisi kampaniya müddətində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.

 

Kampaniyanın özəllikləri:

 

- Kreditin məbləği - 20.000 manatadək

-  Kreditin müddəti - 60 ayadək

-  İllik faiz dərəcəsi -  2% endirimlə, 23%-dən başlayaraq

-  Kredit 5000 manata qədər olduqda - zaminsiz

-  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

 

Kampaniya 12 oktyabr tarixindən 19 oktyabr tarixinə qədər keçərlidir.

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, əməkhaqqı və ya pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

12 Oktyabr 2018 , 14:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin