Brunson qərarından sonra Dollar/TL necə dəyişdi?

ABŞ-lı keşiş Endryu Brunsonun məhkəməsində qərarın ardından Dolların məzənnəsi ilk reaksiya olaraq 5,85 TL-yə düşüb, ancaq sonra 5.90 üzərinə qalxıb.  

 

"Marja" xəbər verir ki, amerikanın yayım təşkilatı "NBC" dünən Türkiyə ilə ABŞ-ın keşiş Bransonın azad edilməsi üçün razılığa gəldiyi barədə xəbər yaymış, xəbərin ardından dollar 5.90 TL səviyyəsinə düşümüşdü. 


Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Kreyq Branson təxminən 2,5 aydır həbsdə saxlanılırdı
 
Bu gün İzmir 2-ci Ağır Cəza Məhkəməsi Endryu Kreyq Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib. 
 
 
Keşiş artıq  sərbəst buraxılıb. Bransona verilən 3 il 1 ay 15 günlük cəza onun həbsxanada qaldığı müddətə sayılıb və ABŞ-lı keşiş bir daha həbsxanaya girməyəcək. Artıq Branson məhkəmə zalından evinə gedib. Onun Amerikaya yollanacağı gözlənilir.

 

HƏMÇİNİN OXU: Məhkəmə Branson barədə qərarını açıqladı

12 Oktyabr 2018 , 18:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin