Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Milli valyutanın nağd şəkildə Azərbaycandan çıxarılması və gətirilməsi Qaydası təsdiqlənib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli valyutanın nağd şəkildə Azərbaycandan çıxarılması və gətirilməsi Qaydası təsdiqlənib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nazirlər Kabineti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nı təsdiqləyib.

 

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərara əsasən "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 8 oktyabr tarixli Fərmanının 3-cü hissəsinə uyğun olaraq və Mərkəzi Bankın təkliflərini nəzərə alaraq, “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası” təsdiqlənib.

 

Həmçinin, “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası” da təsdiq edilib.

13.10.2018 07:07

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ