Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Virgin Group" və "Uber"dən Səudiyyəyə "Kaşıkçı" reaksiyası

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Virgin Group" və "Uber"dən Səudiyyəyə "Kaşıkçı" reaksiyası

Beynəlxalq investisiya şirkəti "Virgin Group", səudiyyəli jurnalist Cemal Kaşıkçı hadisənin ardından Səudiyyə Ərəbistanında yatırmağı planlaşdırdığı 1 milyard dollarlıq investisiya layihəsini dayandırdığını açıqlayıb.

 

"Marja" xəbər verir ki, beynəlxalq nəqliyyat şəbəkəsi şirkəti "Uber" isə Ər-riyadda keçiriləcək konfransa qatılmayacağını açıqlayıb.
 

"Marja" CNN-ə istinadən xəbər verir ki, "Virgin Group"un banisi İngilis iş adamı Riçard Branson etdiyi açıqlamada, Cemal Kaşıkçının itkin düşməsilə bağlı iddialar doğru çıxarsa Qərb ölkələrinin Səudiyyə Ərəbistanı rəhbərliyilə iş görmək mövqeyini tamamilə dəyişdirəcəyini bildirib.
 

Səudiyyə rəsmilərindən Cemal Kaşıkçı itkin düşməsilə bağlı məlumat istədiklərini bildirən Branson, Səudiyyə Ərəbistana yatırmağı planlaşdırdığı layihəni təxirə saldıqlarını qeyd edib.
 
Səudiyyə Ərəbistanı Krallığı, keçən il "Virgin Galactic" və "Virgin Orbite"in 1 milyard dollarlıq sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.

 
"Uber"in  rəhbəri Dara Khosrowshahi isə Oktyabrın 23-25-də Ər-Riyadda Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın himayəsində keçiriləcək Gələcəyə Sərmayə Təşəbbüsü (Future Investment Initiative-FII) adlı konfransa qatılmayacağını açıqlayıb.

 

Khosrowshahi, Kaşıkçı hadisəsindən narahat olduqlarını qeyd edib. 

 
Amerikanın qəzetlərindən "New York Times"  (NYT), "Huffungton Post" və "Los Angeles Times" da 23-25 Oktyabrda Ər-Riyadda keçiriləcək konfransa media sponsorluğu olmaqdan imtina etmişdilər.
 

Səudiyyə reformistlər üçün mühüm platforma olan "Al Watan" qəzetinə böyük töhfə verən və Yaxın Şərqin ən fəal jurnalistlərindən biri kimi tanınan "Washington Post"un yazarı Cemal Kaşıkçı, 2 Oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedib və ondan sonra Kaşıkçıdan xəbər yoxdur.

13.10.2018 08:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ