Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Krossover sinifində yeni rəqib - BAKIDA TƏQDİM EDİLDİ, SATIŞI BAŞLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Krossover sinifində yeni rəqib - BAKIDA TƏQDİM EDİLDİ, SATIŞI BAŞLADI

"Q" ailəsinin yeni üzvü - Audi Q8-in Azərbaycanda satışına başlandı. Qiymətlər 65 min avrodan (təxminən 130 min manatdan) başlayır.

 

Reklam_3_11

13 Oktyabr 2018-ci il tarixində Almaniyanın lüks avtomobil istehsalçısı Audi-nin Azərbaycanda rəmsi idxalçısı “European Cars” şirkəti “Q” seriyasının sonuncu üzvünü - Audi Q8-i Bakıda təqdim etdi.

 

YARIŞ TREKİNİ XATIRLADAN YENİ SALON

 

“Marja”nın məlumatına görə, təqdimatdan öncə mətbuat konfransı baş tutdu. İlk öncə “European Cars” MMC-nin İcraçı direktoru Əli Əhədov çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi şirkət 2012-ci ildən fəaliyyət göstərir. 2018-ci il “European Cars” şirkəti üçün bir neçə hadisələr ilə əlamətdar olmuşdur. Bu il şirkətə məxsus Audi Bakı Mərkəzinin yeni salonu və servis mərkəzi istifadəyə verilib. Yeni salon Audi-nin üslubundadır.  Salonun fasadında Audi tərəfindən təqdim olunmuş xüsusi alüminium materialdan istifadə edilmişdir. Bu materialın dizaynı müştərinin hansı ölkədə olmasından asılı olmayaraq Audi-nin “şou-rum”unu rahat seçə biləməsinə kömək edir. İnteryer isə ağ və qara çevrələrdən ibarətdir. Yarış trekini xatırladan döşəmədə  avtomobillər “sanki bir-birləri ilə yarşır” şəkilində düzülüblər. Salona baxdıqda yarış təsəvvürü yaranır. Bu, Audi avtomobillərinin DNT-sində idman həyacının olmasını əks etdirir.

 

2018-DƏ 4 YENİ MODELİN TƏQDİMATI KEÇİRİLİB

 

Əli Əhədov əlavə etdi ki,  Q8-in təqdimatı “European Cars” şirkəti tərəfindən bu il təşkil edilən 4-cü təqdimatdır: 

 

“İlin əvvəlində Audi A8, yeni Audi A7  və RS3 modelllərini təqdim etmişik. Biz bunlar ilə kifayətlənmədik, bu gün Q8 modelinin təqdimatını təşkil etmişik.

 

AUDİ.AZ SAYTI YENİLƏNİB – “RESERV ET”, “TEST - DRİVE”A YAZIL...

 

Tədbirdə “European Cars” şirkətinin Marketinq meneceri Xanım Orucova yenilənmiş audi.az saytını təqdim etdi. O bildirdi ki, yeni saytdan məlumatlar almaq daha rahatdır. Hər bir model üçün xüsusi səhifə yaradılıb. Sayta daxil olanlar maraqlandığı model haqqında qısa məlumatla tanış olduqdan sonra, xüsusi səhifəyə keçə bilərlər. Xüsusi səhifədə avtomobil haqqında ətraflı məlumat və rəsmlər təqdim edilir.

 

Saytdakı yeniliklərdən biri “reserv et” xidmətidir. Müştəri adını, soyadını və mobil nömrəsini daxil etməklə seçdiyi avtomobili reserv edə bilər. Belə ki, şirkətin satış nümayəndəsi  “reserv et” vasitəsilə müraciət edən müştəri ilə əlaqə saxlayır və köməklik göstərir.

 

Saytda “Mövcud modellər” bölməsi yaradılmışdır. Bu bölmədən modeli seçməklə, hazırda satışda həmin modeldən neçə ədəd olduğunu öyrənmək olar.

 

Yeni sayt vasitəsilə onlayn şəkildə “Test-Drive”a  yazılmaq mümükündür.Müştəri adını, soyadını, telefon nömrəsini, email ünvanını və sürücülük vəsiqəsinin nömrəsini qeyd etməklə Audi avtomobillərinin test sürüşü üçün müraciət edə bilər.

 

İKİNCİ ƏL ONLAYN AUDİ BAZARI

 

Xanım Orucova bildirdi ki, saytda yaxın günlərdə ödənişsiz “avtomobilini sat” xidməti aktiv ediləcəkdir. Bu xidmət vasitəsilə ikinci əl Audi avtomobillərinin onlayn alqı-satqısı bazarı yaradılacaqdır. Audi sahibləri bu xidmət vasitəsilə avtomobilini satışa çıxarda, Audi həvəskarları da satışdakı ikinci əl avtomobillərdən ala biləcəklər.

 

KUPE TƏRZİ VƏ KROSSOVER XÜSUSİYYƏTLƏRİ BİR AVTOMOBİLDƏ

 

“European Cars” şirkətinin texniki təlimçisi Murad Ağayev bildirdi ki, Audi Q8 dörd qapılı krossoverdir (SUV). Modelin konsepti ABŞ-da “2017 Detroit Motor Show”da nümayiş etdirilmiş, ilk debütü isə may ayında Çində baş tutmuşdur.

 

Audi Q8, dörd qapılı lüks bir kupenin zərafətini, SUV-nin xüsusiyyətləri ilə birləşdirir. Zəngin avadanlığa malik bu avtomobil həm yolsuzluq, həm şəhər,  həm də iş həyatı üçün münasibdir.

 

Audi Q8 xarici görünüşcə kupe tərzi alçalan bir tavan dizaynına malikdir. Səkkiz bucaqlı radiator barmaqlığı, təkərlərarası məsafənin geniş olması Q8-ə güclü və əzəmətli görünüş verir.

 

Q7-DƏN QISA OLSA DA DAHA GENİŞDİR

 

Murad Ağayev qeyd etdi ki, Q8 modeli Q7 ilə müqayisədə 40 mm daha alçaq və 27 mm daha enlidir. Avtomobilin daha enli və alçaq olması daha yaxşı yol tarazlığı təmin edir.

 

Q7-dən cüzi qısa olsa da Q8 daha genişdir. Avtomobil təxminən 5 metr (4986 mm) uzunluğa, öndən təxminin 2 metr (1995 mm), arxa hissədən isə təxminən 2,2 metr (2190 mm) enə malikdir. Q8-in hündürlüyü isə təxminən 1,7 metrdir.

 

3.0 MÜHƏRRİK İLƏ 100 KM-Ə 6,8 LİTR SƏRF EDİR

 

Q8 modeli, 340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunur. Mühərrik V6 silindrli, birbaşa püskürməli, turbo hava soyutma və yüngül hibrid benzindir. Ötürmə - daimi tam çəkimli quattrodur. Avtomobil 0-100 km/saat sürətə 5,4 saniyəyə çatır və maksimum sürət 250 km/saatdır. Q8 qarışıq rejimdə 100 km-ə 6,8 litr yanacaq sərf edir. Avtomobildə yanacaq qənaəti təmin edən hibrid texnologiyası mövcuddur.

 

İnteryer son texnoloji cihazlar ilə təchiz edilib. Salon, sensorlu idarəetmə konsepsiyası ilə daha qəşəng görünür. Q8-in salonunda ilk diqqəti çəkən ölçüləri 10.1 və 8.6 düym olan iki ədəd sensorlu ekranlardır. Orta konsolun yuxarı tərəfində yer alan 10.1 düyümlük böyük ekran məlumat-əyləncə sistemi və naviqasiya funksiyalarına malikdir. Altında yer alan 8.6 düyümlük daha kiçik ölçülü ekran isə kondisioner və digər cihazları idarə etmək üçündür. 

 

DAHA ÇOX TƏHLÜKƏSİZLİK

 

İstər park edərkən, istər şəhərdə və ya uzun səyahətlərdə Audi Q8 bir çox halda sürücüsünü dəstəkləyir. Sürücüyə kömək edən sistemlərdən sürətin tənzimlənməsi dəstəyi, qovşaq dəstəyi, zolaqdan çıxma xəbərdarlığı, səki kənarı xəbərdarlığı, parkinqə yardım sistemi və 360 dərəcə kameralar qeyd oluna bilər.

 

Murad Ağayev məlumat verdi ki, Q8 üçün xüsusi hazırlanan kreslolar həddindən artıq komfortludur. Banın kupe tərzində olmasına baxmayaraq arxa kreslolarda baş məsafəsi rahatdır. Avtomobil 605 litirlik baqaj həcminə malikdir.

 

ƏSAS RƏQİBLƏRİ

 

Audi Q8  modelinin əsas rəqibləri Range Rover Sport, BMW X6 və Mercedes-Benz GLE Coupe-dir.

 

AUDİ KUPE-SUV SEQMENTİNƏ Q8 İLƏ DAXİL OLUR

 

“European Cars” MMC-nin İcraçı direktoru Əli Əhədov “Marja”ya bildirdi ki, son dövrdə bütün dünyada SUV avtomobillərə, o cümlədən premium Cupe-SUV –lərə tələb artıb. Avtomobil istehsalçıları da qlobal miqyasda artan tələbi ödəmək üçün əllərindən gələni edirlər.

 

Almaniyanın avtomobil nəhəngi Audi də kupe-krossover  seqmentinə Q8 ilə daxil olmağa qərar verib.

 

RƏQİBLƏR “QOCALMIŞ” HESAB EDİLİR

 

Əli Əhədov Q8-in Azərbaycan bazarındakı rəqiblərindən bir çox imkanlarına görə üstün olduğunu bildirdi:  

 

“Q8 öz seqmentində ən yeni texnologiyalara malik avtomobildir. Rəqib kupe krossoverlər Q8-dən xeyli əvvəl təqdim edildiklərinə görə artıq “qocalmış” sayılırlar və  bir sıra texniki göstəricilərdə Q8-dən geri qalırlar. Məsələn, əsas rəqiblərdə dörd təkərin dönməsi sistemi mövcud deyil, arxa təkərlər dönmür.  Q8-də isə mövcuddur. Həmçinin, Q8 əsas rəqiblərindən (BMW X6 və Mercedes-B enz GLE Coupe - Marja) uzun və enli avtomobildir”.

 

RƏQİB MODELLƏRDƏ HÜNDÜRBOYLULAR NARAHAT ƏYLƏŞİRLƏR

 

Əli Əhədov qeyd etdi ki, əsas rəqib kupe krossoverlərdə hündür boylu insanlar çətinliklə əyləşirlər. Q8-də isə həm sürücü, həm də sərnişinlər rahat əyləşə bilirlər: “Audi Q8-ə kupe görünüşü verən banının arxa hissəsinin aşağıya doğru əyilməsidir. Bu əyilmə kəskin olmadığından tavan çox aşağı deyil və arxada sərnişin başını əymədən rahat əyləşə bilir. Ön oturacaq ilə ban arasındakı məsafə 1 metr 14 sm, arxa oturacaq ilə ban arasındakı məsafə isə 98 santimetrdir. Qısası, boyu 2 metr olan insanlar belə Q8-də sıxılmadan səyahət edə bilərlər. Bundan başqa, Q8-ə minib-düşmək daha rahatdır”.

 

Əli Əhədov bildirdi ki, Q8-i digər kupe-krossoverlərdən fərqləndirən qapıların şüşələrində çərçivələrin olmamasıdır.

 

ZƏNGİN TƏCHİZAT, MÜNASİB QİYMƏT

 

Əli Əhədov əlavə etdi ki, Q8 modeli Azərbaycanda 3 paketdə təklif edilir. Alıcının istəyinə uyğun olaraq paketlərdə təchizatı artırmaq mümükündür.

 

“Yerli bazar üçün paketlərdə təchizat ən yüksək səviyyədədir, qiymətlər isə münasibdir.  Q8-in qiyməti 65 min avrodan başlayır. Ən zəngin komplektasiyalı versiyanın qiyməti 85 min avrodur”.

 

Q8 ilə daha ətraflı audi.az saytından tanış ola bilərsiniz.

15.10.2018 08:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ