Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Səudiyyə Ərəbistanı Trampın təhdidlərinə cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı Trampın təhdidlərinə cavab verdi

Səudiyyə Ərəbistanı, ABŞ Prezidenti Donald Trampın itkin düşümş səudiyyəli jurnalist Cemal Kaşıkçı ilə əlaqədar verdiyi açıqlamaya cavab verib.

 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı, ABŞ-ın Cemal Kaşıkçı ilə bağlı atacağı addımlara cavab verəcəyini açıqlayıb.

 

Açıqlamada Trampın "təhdidləri" rədd edilib, "atılacaq hər hansı bir addıma daha böyük şəkildə" cavab veriləcəyi qeyd olunub.

 

ABŞ Prezidenti Donald Tramp, NBC-yə verdiyi müsahibəsində  Kaşıkçı-nın itməsinin arxasında Səudiyyə rəsmilərinin olduğu sübut edisə bu ölkəyə "ciddi sanksiyalar" tətbiq ediləcəyini bildirib.  

 

Səudiyyəli reformistlər üçün mühüm bir platforma olan "Al Watan" qəzetinə dəstək verən və Qərb mediasında Orta Şərq ilə əlaqədar xəbərlərilə tanınan Kaşıkçıdan, 2 Oktyabrda ölkəsinin İstanbul Baş konsolluğuna girdikdən sonra xəbər yoxdur. O, konsulluğa evlənmək ilə bağlı tələb olunan rəsmi sənədləşmə işləri üçün getmişdi. 

 

Kaşıkçı-nın itməsinin ardından konsulluqda öldürüldüyü iddialarını rədd edən Səudiyyə Ərəbistanı, onun Baş konsolluqdan çıxdığını və aqibəti ilə bağlı  məlumatlarının olmadığını bildirir. 

 

İngiltərə, Fransa və Almaniya da açıqlama yayıb. Açıqlamada ifadə və mətbuat azadlığı, jurnalistlərin qorunmasının prioritetlər olduğu açıqlanıb. Bu ölkələrin birgə açıqlamsında, "2 Oktyabrdan bu yana Cemal Kaşıkçı-nın itməsi hadisəsinə aydınlıq gətirilməlidir" deyilir. 

15.10.2018 05:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ