Mobil manşet üstü reklam_21

“Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Avrasiya” ASC 2018-ci ilin 9 ayını 2 milyon 674 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 10 milyon 990 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb.

 

Reklam_3_11

BANKIN GƏLİRLƏRİ AZALIB

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında  “Bank Avrasiya”nın cəmi gəlirləri 10 milyon 100 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 98 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 2 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında “Bank Avrasiya”nın cəmi gəlirəri 11 milyon 515 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 515 min, qeyri-faiz gəlirləri 2 milyon manat təşkil etmişdi. Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə “Bank Avrasiya”nın cəmi gəlirləri 12,2%, o cümlədən faiz gəlirləri 4,4%, qeyri-faiz gəlirləri 2 dəfə azalıb.

 

ƏMƏLİYYAT MƏNFFƏTİ AZALIB

 

Cari ilin 9 ayı ərzində “Bank Avrasiya” 10 milyon 100 min manat  cəmi gəliri əldə etmək üçün 5 milyon 453 min manat xərc çəkib və nəticədə bankın 4 milyon 646 manat xalis əməliyyat mənfəəti qalıb. 

 

Ötən ilin 9 ayında “Bank Avrasiya” 11 milyon 515 min manat cəmi gəliri əldə etmək üçün 5 milyon 339 min manat xərc çəkmiş və nəticədə bankın 6 milyon 177 min manat xalis əməliyyat mənfəəti əldə etmişdi. Gəlirlərin azalmasına qarşı xərclərin artması Bankın əməliyyat mənfəətinin azalmasına səbəb olub.

 

YENİDƏN EHTİYAT YARATMAĞA BAŞLAYIB

 

Cari ilin 9 ayı ərzində  “Bank Avrasiya” 4 milyon 646 manat xalis əməliyyat mənfəətinin 1 milyon 973 min manatını ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyatlara ayırıb. Nəticədə Bank, yanvar-sentyabr dövrünü 2 milyon 674 min manat xalis mənfəət ilə bağlayıb.

 

Müqayisə üçün qeyd edək ki, Bank  ötən ilin 9 ayında ehtiyatlardan 4 milyon 812 min manatı mənfəətə əlavə etmişdi (azad olmuşdu). Buna görə, Bankın xalis mənfəəti 10 milyon 990 min manat təşkil etmişdi. Ehtiyatlara ayırmanın yenidən bərpa edilməsi kredit və depozitlərdə risklərinin artdığına işarədir.

 

AKTİVLƏR VƏ KREDİTLƏR ARTIB

 

30 Sentyabr 2017-ci il tarixində "Bank Avrasiya" 164 milyon 765 min manat cəmi aktivlərə (o cümlədən 92 milyon 547 min manat müştərilərə verilən kreditlər və 35 milyon 801 min manat qiymətli kağızlara investisiya), 103 milyon 257 min manat cəmi öhdəliklərə və 61  milyon 508 min manat balans kapitalına malik olub.

 

30 Sentyabr 2018-ci il tarixində "Bank Avrasiya" 153 milyon 355 min manat cəmi aktivlərə (o cümlədən 86 milyon 780 min manat müştərilərə verilən kreditlər və 24 milyon 380 min manat qiymətli kağızlara investisiya), 89 milyon 469.7 min manat cəmi öhdəliklərə və 63 milyon 886.1 min manat balans kapitalına malik idi.

 

Maliyyə sektoruna ödəniləcək vəsaitlər, müştərilərin cari hesabları və müştərilərin depozitləri artıb.

 

"Bank Avrasiya" 61 milyon 102 min manat məcmu kapitala malik olub.

15.10.2018 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ