Unibank-da təyinat!

 

15 fevral 2017-ci il tarixində Unibank ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

 

Bank yığıncaq ilə bağlı yaydığı elanda qeyd etmişdi ki, iclasda Bankın Müşahidə Şurasının üzvlərinin tərkibində dəyişiklik edilməsi haqqında və xüsusi əhəmiyyətli əqdlər haqqında məsələlərə baxılacaqdır.

 

“Marja” xəbər verir ki, dünənki yığıncaqda Bankın Müşahidə Şurasına (MŞ) sədr müavini seçilib.

 

Bu vəzifəyə MŞ-nın üzvü Emin Quliyev gətirilib. Onun yerinə isə təyinat olmayıb. 

 

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

 

© Report

16 Fevral 2017 , 15:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin