Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qiyməti bu il yüksəlib, lakin düşəcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qiyməti bu il yüksəlib, lakin düşəcəyi gözlənilir

Bir neçə gündür Astara rayonunun sitrus meyvə bağlarında feyxoa yığımına başlanılıb.

 

Bu il yay mövsümündə havaların quraq keçməsi sitrus meyvə bağlarında məhsul istehsalına da təsir edib.

 

Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, məhsuldarlıq aşağıdır. Səbəb isə yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq havanın hökm sürməsi olub.

 

Bir kiloqramı 0,50-1 manata satılan feyxoanın qiyməti bu il 1,50-2 manata yüksəlib. Lakin, qiymətlərin qarşıdakı günlərdə düşəcəyi gözlənilir. Çünki bu il hələlik Rusiya bazarlarına feyxoa məhsulunun ixracı müşahidə olunmur. Bu səbəbdən də təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satmaq məcburiyyətindədirlər.

 

Feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarına qədər davam edəcək.

 

Qeyd edək ki, ötən il Astaranın 683,1 hektar feyxoa bağlarında 4466,4 ton məhsulu yığılıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

15.10.2018 07:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ