"Günəş işığı düşən fındıq kolunun məhsulu bol olar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Günəş işığı düşən fındıq kolunun məhsulu bol olar"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uzun illərdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul oluram. Xüsusilə fındıqçılıq sahəsində təcrübə toplamışam. Hazırda 2 hektar fındıq bağım var. Bu il məhsulumuz boldur, ancaq vaxtında yığmalıyıq ki, xarab olmasın. Yığdığımız məhsulları emal müəssislərinə təhvil veririk. Müəssisə əməkdaşları məhsulumuzu elə qapımızdan götürürlər. Nəqliyyat xərclərini də özləri çəkir, hətta məhsulun yığılmasına da kömək göstərirlər. 

 

Reklam_3_11

Bu sözləri  müsahibəsində Oğuzun Kərimli kənd sakini, fermer Söhbət Abdullayev deyib.

 

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Oğuz rayonunda da yeni bağların salındığını və bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayan Söhbət Abdullayev yeni bağ salan fermerləri aqrotexniki qaydalara düzgün əməl etməyə səsləyib.

 

“Yeni fındıq bağı salan zaman hər bir çalaya 4-5 fındıq kolu basdırılır və yaş peyin tökülür. Bu, torpağın münbitliyini saxlayır və inkişafa güclü təsir göstərir. Hər fındıq topasında 8-12 budaq olur. Budaqlar arasında məsafəyə diqqət yetirilməlidir. Fındıq bağlarında ən əsas tədbir budanmadır. Bir-birinə dəyən budaqlar kəsilib götürülməlidir. Kolun ortasında budaqlar sıx olmamalıdır. Çünki hər kolun ortasına hökmən Günəş işığı düşməlidir. Günəş işığı düşən kolun məhsulu da bol olar. Fındıq ağacının ən müsbət cəhəti odur ki, hər il məhsul verir”, - deyə oğuzlu fermer bildirib.

 

Qeyd edək ki, bu il rayonun fındıq bağlarından 1000 tonadək məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 100 tona yaxın artıb.

 

2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 995 hektar, cari ilin yaz aylarında isə 386 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3252 hektardır. Bu bağların 1805 hektarı barverəndir. Yeni bağların salınması istiqamətində işlər payız aylarında da davam etdiriləcək. İlin sonunadək daha 250 hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

15.10.2018 07:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ