Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankın vəziyyəti məlum oldu - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın vəziyyəti məlum oldu - SON RƏQƏMLƏR

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2018-ci ilin 9 ayını 319 milyon 129 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 9 ayını 469 milyon 893 min manat xalis mənfəətlə bağlamışdı. Bu mənfəətin 271 milyon manatı bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı idi.  Restrukturizasiya ilə bağlı gəlirlər nəzərə alınmadıqda ötən ilin müvafiq dövründə Bankın xalis mənfəəti 198 milyon manat təşkil edirdi. Nəticədə bankın cari ilin 9 ayının xalis mənfəəti ötən ilin qeyd olunan birdəfəlik gəlirləri çıxıldıqdan sonrakı mənfəətindən 62% daha çoxdur.  

 

Reklam_3_11

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə ABB-nin cəmi gəlirləri 389 milyon 582 min manat, o cümlədən faiz gəlirləri 308 milyon 866 min manat, qeyri-faiz gəlirləri 80 milyon 716 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə, ABB-nin cəmi gəlirləri 869 milyon 529 min manat, o cümlədən faiz gəlirləri 404 milyon 988 min manat, qeyri-faiz gəlirləri isə 464 milyon 541 min manat təşkil etmişdi. 

 

2017-ci ilin müvafiq dövründə bankın qeyri-faiz gəlirləri isə restrukturizasiya nəticəsində əldə edilmiş 271 milyon manat vəsaiti nəzərə almasaq, 193 milyon 541 manat olub.

 

PROBLEMLİ KREDİTLƏR DAHA DA AZALIB

 

Bankın xərcləri ötən ilin 9 ayındakı 393 milyon 819 min manatdan (273 milyon 565 min manatı faiz, 120 milyon 254 min manatı qeyri-faiz xərcləri) 173 milyon 22 min manata (90 milyon 403 min manatı faiz, 82 milyon 619 min manatı qeyri-faiz xərcləri) düşüb (2,3 dəfə azalma).  

 

Xərclər çıxıldıqdan sonra ABB-nin əməliyyat mənfəəti 216 milyon 561 min manat təşkil edib. Eyni zamanda, ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 102 milyon 568 min manatı azad olub və mənfəətə əlavə edilib. Bu səbəbdən Bankın xalis mənfəəti 319 milyon 129 min manat təşkil edib.

 

2017-ci ilin 9 ayında ABB 475 milyon 711 min manatlıq əməliyyat mənfəətinin 5 milyon 818 min manatını ehtiyatlara ayırmışdı. Bu il ehtiyatların azad olması bankda problemli kreditlərin daha da azaldığına işarədir.

 

KAPİTALI KƏSKİN ARTIB

 

30.09.2018-ci il tarixində ABB-nin cəmi aktivləri 8 milyard 320 milyon manat, cəmi öhdəlikləri 7 milyard 40 milyon manat, cəmi balans kapitalı isə 1 milyard 280 milyon manat təşkil edib.

 

30.09.2017-ciil tarixində ABB-nin cəmi aktivləri 7 milyard 106 milyon manat, cəmi öhdəlikləri 6 milyard 739 milyon manat, cəmi balans kapitalı isə 367 milyon 405 min manat təşkil etmişdi. Balans kapitalının artmasının səbəbi, xüsusi kapitalın 319 milyon 421 min manatdan 1 milyard 22 milyon 981 min manata yüksəlməsidir.

 

FAİZ GƏTİRƏN AKTİVLƏRİN HƏCMİ DƏYİŞMƏYİB

 

Müqayisə olunan dövrdə Bankın müştərilərə verdiyi cəmi kreditlər 2 milyard 217 milyon 421 min manatdan 1 milyard 695 milyon 696 min manata düşüb. Bu da bankın sağlamlaşdırılması prosesi çərçivəsində toksik aktivlərin “Aqrarkredit” təşkilatına ötürülməsi ilə bağlıdır. Qiymətli kağızlara investisiyalar isə 268 milyon 430 min manatdan 1 milyard 130 milyon manata qalxıb. Qeyd edək ki, artım "Aqrarkredit" təşkilatına ötürülmüş portfelin müqabilində bankın aldığı qiymətli kağızlarla baglıdır. Göründüyü kimi, bankın faiz gətirən aktivlərinin həcmi, əslində, dəyişməyib. Belə ki, kredit portfelindəki azalma müqabilində, qiymətli kağızlara investisiyalar artmışdır.

 

Azərbaycan Beynəlxalq Bankının digər banklardakı depozitləri isə 3 milyard 50 milyon manatdan 3 milyard 419 milyon manata yüksəlib.

 

Azərbaycan Beynəlxalq Bankında hüquqi və fiziki şəxslərin müddətli depozitləri isə ötən ilin 9 ayının yekunundakı 1 milyard 5 milyon manatdan 936 milyon 564 min manata geriləyib.

 

Bankda hüquqi şəxslərin (şirkətlərin) tələbli depozitləri isə 714 milyon manat artaraq 2 milyard 375 milyon manatdan 3 milyard 89 milyon manata çatıb.

 

MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI, min mantla

 

Mebleğ

2017 (yanvar-sentyabr)

Mebleğ

2018 (yanvar-sentyabr)

Faiz və gəlirlərin bu qəbildən olan növləri

 404,988

308,866

Faizlər və onlara bağlı xərclər

(273,565)

(90,403)

Xalis faiz gəliri

131,424

218,464

Qeyri-faiz gəlirləri

464,541

80,716

 Qeyri-faiz xərcləri

(120,254)

(82,619)

Əməliyyat mənfəəti

475,711

216,561

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına xərclər

(5,818)

102,568

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət

469,893

319,129

 

BALANS HESABATI (min manatla)

 

Aktivlərin maddələri

Cemi məbləğ yanvar-sentyabr 2017

Cemi məbləğ yanvar-sentyabr 2018

Likvid aktivlər

1,604,712

1, 806,615

Banklardakı depozitlər

3,050,949

3,419,216

Qiymətli kağızlar

268,430

1,130,076

Müştərilərə verilən kreditlər (ehtiyat çıxılmaqla)

2,217,421

1,695,696

Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) 

 

268,658

Cəmi xalis aktivlər

7,106,530

8,320,262

Öhdəliklərin maddələri

  

Banklar və digər maliyyə institutlarının vəsaitləri

2,348,052

2,074,859

Fiziki şəxslərin tələbli depozitləri

437,408

389,638

Hüquqi şəxslərin tələbli depozitləri

2,375,421

3,089,393

Fiziki və hüquqi şəxslərin müddətli depozitlər

1,004,817

936,564

Digər öhdəliklər

 

549,804

Cəmi öhdəliklər

6,739,125

 7,040,258

KAPİTAL

  

Xüsusi kapital, o cümlədən

319,421

1,229,981

Cari ilin xalis mənfəəti

469,893

319,129

Ümumi ehtiyatlar

47,984

50,023

Cəmi kapital

367,405

1,280,004

Cəmi öhdəliklər və kapital

7,106,530

8,320,262

 

15.10.2018 16:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ