Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

PAŞA Bank yeni şöbəsini açıb, bir filialın formatı dəyişdiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank yeni şöbəsini açıb, bir filialın formatı dəyişdiriləcək

Ölkənin aparıcı banklarından biri PAŞA Bankın Bakıda yeni "Landmark" şöbəsinin açılış mərasimi baş tutub.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə,  açılış mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucovun qeyd etdiyi kimi, bu vaxtdan etibarən Bankın bütün filial və şöbələrində müştərilərə universal bank xidmətləri göstəriləcək.

 

“Müştərilərimizin istəklərini nəzərə alaraq, həm yeni şöbəmizdə, həm hazırda fəaliyyət göstərən filiallarda korporativ sektor və kiçik və orta sahibkarlıq nümayəndələri, eləcə də PAŞA Bankın əməkhaqqı kart sahibləri olan fiziki şəxslərə xidmət göstəriləcək. Bankın bütün filial və şöbələrində olduğu kimi “Landmark” şöbəsində də müştərilərimizin hər birinə fərdi yanaşma göstəriləcək”, - deyə C. Orucov qeyd etmişdir.

 

Qeyd edək ki, yeni şöbənin istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək. Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” şöbəsində xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.

 

PAŞA Bankın yeni şöbəsi Nizami küçəsi, 96E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.

15.10.2018 09:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ