Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazir sənaye məhəllələrinin nə vaxt fəaliyyətə başlayacağını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir sənaye məhəllələrinin nə vaxt fəaliyyətə başlayacağını açıqladı

Sabirabad Sənaye Məhəlləsi 2019-cu ildə, Hacıqabul Sənaye Məhəlləsi 2018-ci ilin sonunadək fəaliyyətə başlayacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib.

 

Reklam_3_11

“Hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri tamamlanmaq üzrədir və bu ilin sonunadək başa çatdırılacaq. Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur”, - Ş.Mustafayev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

 

Hacıqabul Sənaye Məhəlləsində ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı, avadanlıqların istehsalı üzrə müəssisələr yaradılacaq.

 

Nazir vurğulayıb ki, Sabirabad Sənaye Məhəlləsinin 2019-cu ildə sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.

 

"Sənaye Məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcək”, - Ş.Mustafayev qeyd edib.

15.10.2018 10:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ