DSMF-yə 407 milyon manat daha çox pul daxil olub
Qeyri-büdcə sektoruna aid daxilolmalarda artım 9 faizə yaxın olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində də artım tempi davam edir.
DSMF-dən “Marja”ya daxil olmuş məlumata görə, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2 milyard 938.01 milyon manata çatıb.
Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.
“Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9 faizə yaxın (87,81 milyon manat) artım qeydə alınıb”,- məlumatda deyilir.
Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3 faiz yerinə yetirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
7 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 7 saat əvvəl
-
7 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 7 saat əvvəl
-
10 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
10 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir