Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Keyfiyyət Assosiasiyası “Beynəlxalq Standartlaşdırma Günü” ilə bağlı tədbir keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Keyfiyyət Assosiasiyası “Beynəlxalq Standartlaşdırma Günü” ilə bağlı tədbir keçirib

Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün  əsas meyar kimi qəbul olunur. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılmasından, istehlakçılara təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılmasından, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir.

 

Reklam_3_11

Hər il oktyabrın 14-ü bütün dünyada olduğu kimi ölkəmizdə də “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir. Bu münasibətlə Keyfiyyət Assosiasiyası İctimai Birliyi tərəfindən “Landmark” hoteldə tədbir keçirilib.  

 

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, tədbirdə “Səba” ASC, “Baku Steel Company”, “ Siyəzən Broyler” ASC, “Gilan Construction”,  “Avrora” MMC, “Caspian Oilfield Sevices”, “Azər-Maya” ASC, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, “Bakı Aqropark”,  “Smartkom” MMC, “Şirin” MMC, “Azərbaycan Dövlət İqtisad Universiteti”, “Binə Aqro” MMC, “Quality Consulting Services”, “AzSertserviz” MMC, “APC” MMC, “Admedia” reklam agentliyi, “Veysəloğlu” MMC, “Russkiy Registr”, “Avandsis Group”, “AZZA”, “Mado”, DNV, “Azerbaijan Poultry Company”, “Alma” Consulting  and Investment, “Qaz-neft avtomat ETİ”, “Qardaşlar Mebel - 3”, “İncert” MMC və s. şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Tədbiri Assosiasiyanın sədri Samir Novruzlu açaraq həm Assosiasiya üzvlərini, həm də qonaqları “Beynəlxalq Standartlaşdırma Günü” münasibətilə təbrik edib.

 

O, Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlara harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb.

 

Assosiasiyanın  sədri  respublikada tətbiq edilən milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması prosesi, yerli müəssisələrimizdə standartların tətbiqi məsələləri, bu səhədə mövcud olan problemlər, beynəlxalq standartların təşviqi ilə bağlı Keyfiyyət Assosiasiyasının gördüyü işlər barədə geniş məlumat verib.

 

Sonra Keyfiyyət Assosiasiyası İctimai Birliyinin aparıcı eksperti, Beynəlxalq Keyfiyyət Peşəkarları Qildiyasının üzvü, i.e.f.d.  Qalib Şərif  çıxış edərək ISO 9000 beynəlxalq standartlar seriyasından, həmçinin, ISO 9001 standartının inkişaf dinamikasından, sözügüdən standartın yeni 2015-ci il versiyasından, onun tətbiqinin praktiki aspektlərindən danışıb.

 

Tədbir çərçivəsində iştirakçılara müəssisələrdə yaradılan keyfiyyət sistemlərinə beynəlxalq tələblər, bu sahə üzrə mövcud müasir təcrübə, yeni tənzimləyici mexanizmlərə yiyələnmək haqqında məlumatlar verilib.

 

Tədbirdə yekun sözü ilə çıxış edən S. Novruzlu Keyfiyyət Assosiasiyası tərəfindən ölkə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, yerli sənaye məhsullarının rəqabətqabiliyyətliliyin artırılması, beynəlxalq ISO standartlarının tələblərinə cavab verən ixracqabiliyyətli məhsulların istehsalı və milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda göstərilən sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara standartların tətbiqi sahəsində dəstək verilməsi,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində göstərilən hədəflərin, qarşıda duran vəzifələrin icracı ilə bağlı dövlət siyasətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

 

Tədbirin sonunda yerli müəssisələrimizin idarəetmə sistemlərinin qurulması ilə bağlı texniki vəsaitlərə, normativ sənədlərə  olan ehtiyacları nəzərə alınaraq, ISO 9001:2015 beynəlxalq standartının Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlanmış qeyri -rəsmi tərcüməsi iştirakçılara təqdim edilib.

15.10.2018 12:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ