"Nə üçün bu müştəriləri rəqiblər əldə etsinlər?! Özümüz gələn aydan..."
BOKT “Embafinans” MMC yeni məhsullarını təqdim etməyə hazırlaşır.
Bunu "Marja"ya “Embafinans” MMC-nin İdarə Heyətinin sədri Samir İsgəndərov bildirib.
"“Embafinans” əsasən mebel və məişət avadanlıqlarının kreditlə alışının maliyyələşdirilməsinə fokuslanmışdır. Bu ildən məhsul çeşidimizi artırmağa da qərar vermişik. Hazırda mikro və kiçik biznes krediti məhsulu üzərində işləyirik. “Embafinans”da orta kredit məbləğinin təxminən 1000 manat olduğunu nəzərə alsaq, son 5 il ərzində ayırdığımız cəmi 175 milyon manat kredit təxminən 175 min müştəri deməkdir. Bu müştərilərin təxminən 20%-i sahibkarlardır və əksəriyyəti müsbət kredit tarixçəsinə malikdir, borclarını vaxtı-vaxtında qaytarıblar. Biz bu müsbət tarixçəyə malik müştəriləri nə üçün itirməliyik?! Nə üçün bu müştəriləri rəqiblər əldə etsinlər?! Özümüz gələn aydan bu sahibkarlara yeni məhsulumuzu təklif etməyə başlayacağıq".
O,"Yeni məhsullar və satışın artırılması tapşırığı filial şəbəkəsinin genişləndirilməsini tələb edəcək?" sualına aşağıdakı şəkildə cavab verib:
"Hazırda “Embafinans”ın 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. 2019-cu ildə 1-2 filial açmağı nəzərdə tuturuq. Biznes kreditləri təklif etməyimiz üçün çoxlu filiallar açmağa ehtiyac yoxdur. Baş ofisdəki kredit şöbəsinin əməkdaşlarının sayını qismən artırmaqla bunun öhdəsindən gələcəyik. Çünki biz portfelimizdə olan müştəriləri hədəfləyirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
5 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
7 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl