Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Çinin bazarlarını bizim kimi açmalarını istəyirəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çinin bazarlarını bizim kimi açmalarını istəyirəm"

ABŞ Prezidenti Donald Tramp, Çinə əlavə gömrük vergisi tətbiq edilə bilinəcəyinin siqnalını verib.
 

ABŞ Prezidenti Donald Tramp, Çini yeni vergilər ilə təhdid edərək Çinin ABŞ siyasətinə qarışmasının, 2016-cı ildəki seçkidə Rusiyanın adının hallanmasından "daha böyük bir problem" olduğunu bildirib.
 

CBS-in "60 Dəqiqə" proqramında, Çin iqtisadiyyatını depressiyaya salmaq istəyib istəmədiyinə dair suala "Xeyr" şəklində cavab verən Tarmp, ilk gömrük tarifi tətbiq ediləndən bu yana  Çin birjasının itkilərini 1929-da ABŞ-da Böyük Böhranın başlanğıcındakı itkilərlə müqayisə edib.
 

"Bizimlə ədalətli bir razılaşma müzakirə etmələrini istəyirəm. Bazarlarını bizim bazarlarımızın açıq olduğu kimi açmalarını istəyirəm",- deyən Tramp, daha çox tarifin mümkün olduğu siqnalını verib. 
 

ABŞ indiyədək Çindən cəmi 250 milyard dollarlıq idxala əlavə vergi tətbiq edib. Çin tərəfi də ABŞ məhsullarına əlavə gömrük rüsumları tətbiq edib. Tramp, bundan əvvəl də bütün Çin məhsullarına vergi tətbiq ediləcəyi xəbərdarlığını etmişdi.

15.10.2018 13:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ