Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan Rusiya qarşısında 809 milyon dollar mənfidədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiya qarşısında 809 milyon dollar mənfidədir

2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi  1 milyard 694 milyon. 927 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 18,2% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

 

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,64%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

 

"Hesabat dövründə Azərbaycan Rusiyaya  443 milyon 56 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan ixracın 3,1%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.

 

Yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard 251 milyon 870 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 20,2% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,84% Rusiyadan tədarükün payına düşüb.

 

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu  808 milyon 814 min dollar təşkil edib (Rusiyadan idxalımız ixracımızı üstələyir). 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

©  “İnterfaks-Azərbaycan”

15.10.2018 14:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ