Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan nə qədər Rusiya istehsalı avtomobil alıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan nə qədər Rusiya istehsalı avtomobil alıb?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 700 ədəd Rusiya istehsalı olan avtomobil idxal edib.

 

 “Avtostat” agentliyinin  verdiyi məlumatına görə, Azərbaycan Rusiyadan ən çox avtobil idxal edən ölkələrin siyahısında dördüncü yeri tutur.

 

Məlumata görə, bu ilin 8 ayında Rusiya istehsalı olan ən çox avtomobil Çexiyaya ixrac edilib. Bu rəqəm 4 min avtomobil təşkil edir və ümumi avtomobil ixracının 23%-nə bərabərdir.

 

İkinci yeri 2 800 avtomobil idxalı ilə Ukrayna tutur. İlk üçlüyü isə Latviya qapayır. Bu Baltikyanı ölkə Şimal qonşumuzdan bu ilin 8 ayında 2 200 avtomobil idxal edib.

 

Azərbaycandan sonrakı beçinci yeri Özbəkistan tutur. Bu ölkə Rusiyadan 1 600 ədəd avtomobil idxal edib.

 

Ən çox idxal edilən avtomobil isə “AvtoVAZ” şirkəti tərəfindən istehsal edilən LADA 4x4 avtomobil olub. Belə avtomobillərin sayı isə 4 600 ədəd olub. İkinci yerdə 4 100 ədəd göstərici ilə “Skoda Octavia” modeli durur.

 

Liderlərin üçlüyünü 1 700 ədəd satışla “LADA Vesta” qapayır.Rusiyanın ən çox ixrac edilən avtomobillərin ilk beşliyinə “Volkswagen Polo” və “KIA Rio” avtomobilləri daxuildir. Belə ki, onların da ixracı müvafiq olaraq 1 300 və 769 ədəd təşkil edir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Finans

15.10.2018 14:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ