Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kanada şirkəti Azərbaycandakı törəməsinə yeni menecer təyin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kanada şirkəti Azərbaycandakı törəməsinə yeni menecer təyin edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı törəməsi “Zenith Aran” şirkətinə əsaslı təmir və qazma əməliyyatları üzrə yeni menecer təyin edib.

 

Bu barədə şirkətin yaydığı məlumata istinadən xəbər verir.  Quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının işlənməsini həyata keçirən şirkətin əsaslı təmir və qazma əməliyyatları üzrə yeni meneceri Yon Tika bu gündən səlahiyyətlərinin icrasına başlayıb.

 

Bildirilib ki, yeni menecerin qazma və təmir əməliyyatları üzrə 28 ildən çox beynəlxalq təcrübəsi var. O, “Zenith Energy”yə “Arawak Energy” qrup şirkətindən qoşulub və bu şirkətin nümayəndəsi kimi Azərbaycan və Qazaxıstanda 10 ildən çox çalışıb.

 

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

 

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

15.10.2018 15:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ