Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda domen adlarında açar əməliyyatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda domen adlarında açar əməliyyatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkəmizdə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib


 

Reklam_3_11

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən,  oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. Bu texniki əməliyyat uğurla həyata keçirilib. Prossesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

 

Bu barədə "Marja"ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlkəsizlik Mərkəzinin məlumatına görə, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin heç bir resursa daxil olmasında problem qeydə alınmayıb.

 

Sözügedən kriptoqrafiya açarları  2010-cu ildə yaradılıb. Təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə  cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərin hazırsızlıq olması bu prosesi təxirə salmışdı. Əməliyyat dünyada dünyada ilk dəfə olaraq oktyabr ayının 12-də reallaşdırılıb. 

 

ICANN-nın yaydığı məlumata görə,  açarların dəyişdirilməsindən ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da, qısa zamanda aradan qaldırılıb.

15.10.2018 16:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ