Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da büdcə kəsiri son 6 ilin ən yüksək səviyyəsində baş tutub

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da büdcə kəsiri son 6 ilin ən yüksək səviyyəsində baş tutub

ABŞ federal hökumətinin büdcə kəsiri, 2018-ci maliyyə ilində 779 milyard dollara qalxaraq son 6 ilin ən yüksək səviyyəsinə çatıb.
 

"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin hesabatına görə, federal hökumət 1 Oktyabr 2017-də başlayıb 30 Sentyabr 2018-də sona çatan 2018 maliyyə ilini 779 milyard dollar büdcə kəsirilə bağlayıb.
 

Hesabatdakı məlumatlara görə, federal qurumların xərcləri 2018 maliyyə ilində təxminən 4 trilyon 108 milyard dollar, gəlirlər təqribən 3 trilyon 329 milyard dollar təşkil edib.
 

Federal dövlət gəlirləri və xərcləri arasındakı fərqin əvvəlki maliyyə ilə müqayisədə 17 faiz artması, ABŞ Prezidenti Donald Trampın rəhbərliyində keçən ilk maliyyə ilində son 6 ilin ən böyük büdcə kəsirinin yaranmasına səbəb olub.
 

ABŞ-da federal büdcə kəsiri, 1 Oktyabr 2016 - 30 Sentyabr 2017 dövrünü əhatə edən 2017 maliyyə ilində 666 milyard dollar olmuşdu.

 
ABŞ Prezidenti Donald Tramp, prezident vəzifəsini sələfi Barak Obamadan 20 Yanvar 2017-də təhvil almışdır.

16.10.2018 06:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ