"Səudiyyə Ərəbistanı Kaşıkçı-nın öldüyünü qəbul edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Səudiyyə Ərəbistanı Kaşıkçı-nın öldüyünü qəbul edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikanın CNN televiziyası, Səudiyyə Ərəbistanının, jurnalist Cemal Kaşıkçının itkin düşməsilə əlaqədar olaraq "səfirlikdə istintaq zamanı öldüyünü qəbul edəcəklərinə dair bir hesabat hazırladığını" iddia edib.



 
CNN televiziyası, İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna girdikdən sonra xəbər alınmayan jurnalist Cemal Kaşıkçı haqqında yeni bir iddia ortaya atıb.
 

Televiziyanın, adını açıqlamadığı iki mənbəyə istinadən iddiasına görə, Cemal Kaşıkçı, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda aparılan sorğu-sual zamanı vəfat edib.
 

Xəbərdə, Səudiyyə Ərəbistanının  Kaşıkçının itkin düşməsilə əlaqədar olaraq "səfirlikdə istintaq zamanı öldüyünü qəbul edəcəklərinə dair bir hesabat hazırladığı" bildirilib.
 

Xəbərə görə, Səudiyyə rəsmiləri, Cemal Kaşıkçının ölümünü icazəsiz bir sorğu nəticəsinə baş verdiyini qəbul edəcək bir hesabat hazırlayır.
 

Hesabatın hazırlanma mərhələsində olduğu bildirilən xəbərə görə, bəzi şəxslərhadisəyə görə həbs ediləcəklər.
 

Xəbərə görə, konsulluq binasında sorğu-sualın yuxarı orqanlardan lazımi icazə almadan aparıldığı bəyan ediləcəkdir.
 

Cemal Kaşıkçı, 2 Oktyabrda rəsmi əməliyyatlar üçün (sənədləşmə) Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra ortadan qeyb olmuşdur.

16.10.2018 06:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ