Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

EUR və GBP: AB sammiti diqqət mərkəzində - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
EUR və GBP: AB sammiti diqqət mərkəzində - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftə baş tutacaq Avropa Birliyi sammitində müzakirə ediləcək mövzular və Breksit fonunda danışıqlar investorların diqqət mərkəzindədir.

 

Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri cümə axşamı baş tutacaq Avropa Birliyi (AB) sammiti öncəsi 1.16$-ın altında ticarət edilməkdədir.

 

Sammit miqrasiya və daxili təhlükəsizlik mövzusu ətrafında olacaqdır. Sabah isə AB-nin 27 dövlət və hökümət nümayəndələrinin Breksit müzakirəsi gözlənilir.

 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər. Funt/dollar məzənnəsinin isə 1.31$-ın aşağı istiqamətdə qırılması ilə 1.30$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


 

Qeyd etmək lazımdır ki, bazar günü İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi funtun 0.6%-lik ucuzlaşması ilə yadda qalmışdır və İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir. 


 

Bununla yanaşı, İtaliyanın 2019-ci il üzrə təsdiq etdiyi büdcə planının da AB komissiyasına təqdim edilməsi investorların diqqət mərkəzindədir. İtaliya höküməti büdcə defisitini 2.4%-ə (ÜDM ilə müqayisədə) yüksəltməklə, borclanma səviyyəsini və kasıblara maliyyə yardımını artırmaq, keçmiş pensiya yaşına qayıtmaq və sahibkarların vergi yükünün azaltmaq istəyir. Bu isə AB tərəfindən Brüssel razılaşmasından yayınma kimi qiymətləndirilir. İtaliya Avrozonanın üçüncü ən böyük iqtisadiyyatıdır və burada böhran ümumilkdə birliyə mənfi təsir edə bilər. 


 

Bütün bunlar maliyyə bazarlarında yeni borc böhranı riskinə işarə olduğu üçün investorlar tərəfindən narahatlıqla qarşılanır. 

 

Lirə artıq 19% bahalaşıb. 

 

Türkiyə maliyyə bazarlarında isə lirənin qiyməti dəyər qazanmaqda davam edir. Artıq iki ay ərzində 19% bahalaşan lirə, keçən həftənin minimum səviyyəsi altında qaldıqca, 5.69 və 5.57TL-yə kimi də bahalaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

16.10.2018 07:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ