Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Beynəlxalq Bank “Global İnfluencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank “Global İnfluencer Day”  tədbirinin keçirilməsinə dəstək göstərəcək

 

“Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə 26-30 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq təşkil etdiyi “İnnovasiyalar həftəsi” çərçivəsində “Keepface DMCC” və “FA International Trade Events”in təşkilatçılığı ilə oktyabrın 27-də baş tutacaq.

Reklam_3_11

 

Müasir dövlət bankı olaraq innovativ inkişafa daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirin bank sponsorudur.

 

“İnnovasiyalar həftəsi”ndə yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq imkanı yaradılacaq. Konfranslar, forum və yarışlar, sərgi keçiriləcək. Beləliklə, bu tədbirlər ölkəmizdə informasiyalı cəmiyyətin inkişafına, rəqəmsal texnologiyaların tətbiqinə, innovasiyaların əhatə dairəsinin genişlənməsinə töhfə verəcək. 

 

“Global İnfluencer Day”də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot Sofia da iştirak edəcək. Sofia təşkilatçıların dəvətini artıq “qəbul edib” və hazırda ölkəmizə səfərə hazırlaşır. O, Bakıda görüşünə gələnləri ana dilimizdə salamlamaqdan ötrü indi Azərbaycan dilini öyrənir. Beləliklə, “Global İnfluencer Day”ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura biləcəklər.

 

Sofiadan savayı, “Global İnfluencer Day”ə dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan “influencer”lər qatılacaq. Yada salaq ki, “influencer” - yaratdığı faydalı məzmunla özünə geniş izləyici auditoriyası toplamış, onları yönləndirmə və inandırma gücünə malik istedadlı şəxslərdir. Aktiv, innovativ brendlər “influenser”lər vasitəsilə öz hədəf auditoriyalarına çıxış əldə edir, öz xidmət və məhsullarını tanıda bilirlər. Onlar üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent-tur təşkil ediləcək. Bu isə qlobal arenada Azərbaycan haqqında geniş məlumat paylaşımı, ölkəmizin dünyada daha da tanınması deməkdir. Azərbaycan Beynəlxalq Bankının “Global İnfluencer Day”ə sponsorluq dəstəyi də onun qlobal əhəmiyyəti və cəmiyyətimizin gələcəyinə faydalarından irəli gəlir.

 

Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Azərbaycan Respublikasının Turizm Agentliyi, “ADA” Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CELA və CAMCA şəbəkələri də “Global İnfluencer Day”ə dəstək verir.

16.10.2018 08:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ