Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“PAŞA Bank” qrupu yarım illik maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” qrupu yarım illik maliyyə göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Bank” qrupu 2018-ci ilin birinci yarısını 35 milyon 394 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% azdır.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bu barədə PAŞA Bankın 30 iyun 2018-ci il tarixinə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib. 

 

“PAŞA Bank” qrupu 2017-ci ilin birinci yarısını 54 milyon 429 min manat xalis mənfəət ilə bağlamışdı.

 

Cari ilin yanvar-iyun dövründə qrupun cəmi faiz gəlirləri 109 milyon 31 min manat, haqq və komissiya gəlirləri 7 milyon 390 min manat , valyuta əməliyyatları üzrə xalis gəlir isə 7 milyon 897 min manat təşkil edib. Ötən ilin birinci yarısı ilə müqayisədə Qrupun faiz gəlirləri 18%, valyuta əməliyyatları üzrə xalis gəliri 47% azalıb, haqq və komissiya gəlirləri isə 47% artıb.

 

Faiz gəlirlərinin azalması kredit təşkilatlarının ödəməli olduqları məbləğlər üzrə gəlirin 92% azalaraq 47 milyon 444 min manatdan 3 milyon 773 min manata düşməsidir. Qrupun müştərilərə verilən kreditlərdən faiz gəlirləri 6%, qiymətli kağızlara investisiyalardan gəliri isə 2,2 dəfə artıb.

 

Faiz gəlirlərinin 18%, qeyri-faiz gəlirlərinin isə 54% azalması xalis mənfəətin azalması ilə nəticələnib.

 

Diqqəti cəlb edən PAŞA Bankın faiz xərclərinin 54% azalması və nəticədə xalis faiz gəlirlərinin 11% artmasıdır.

 

30 İyun 2018-ci il tarixində Qrup  4 milyard 469 milyon 931 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Müştərilərə verilən kreditlər 11% arataraq 1 milyard 566 milyon 498 min manata, müştərilərin müddətli əmanətləri 13% artaraq 1 milyard 171 milyon 530 min manata, müştərilərin müddətsiz əmanətləri isə 16% artaraq 2 milyard 149 milyon manata çatıb. Cəmi kapital isə 9% artaraq 542 milyon 821 min manata yüksəlib.

 

Qeyd edək ki, Qrupu PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan bankları daxildir.

 

16.10.2018 08:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ