"Yeni xəbər kanalı üçün güclü radioverici alınıb"- YAYIMA HAZIRDIR

“Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb”.

 

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.

 

MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: “Əslində kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub”.

 

İ.Məmmədov bildirib ki, telekanal ya “ARB Xəbər”, ya da “ARB 24” adı altında fəaliyyət göstərəcək: “Gedib işlərlə tanış olmuşam. Əslində hər şey tam hazırdır və bu gün də yerüstü yayıma çıxa bilərlər. Yəqin ki, hələ özləri sınaq edirlər”.

 

O, həmçinin xatırladıb ki, “Türkel TV” MMC yeni ixtisaslamış televeziya kanalının yayımına hazırlıq məqsədilə Tovuz rayonundan Bakıya köçən müddətdə peykdə yayım müvəqqəti dayandırılmışdı, lakin indi yayım bərpa olunub.

 

Qeyd edək ki, MTRŞ “Türkel TV” MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

16 Oktyabr 2018 , 10:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin