Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Model sayı 50-dən 47-yə endiriləcək, qiymətlər də aşağı salınacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Model sayı 50-dən 47-yə endiriləcək, qiymətlər də aşağı salınacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın yeganə velosiped istehsalçısı olan İsmayıllıdakı velosiped zavodu - “İSMA Bike” istehsal etdiyi velosieedlərin satışı qiymətini endirmək niyyətindədir.

 

Bu barədə zavodun sahibi olan "Sinergi Qroup"un biznesin inkişafı depatramentinin rəhbəri Pərviz İlyasov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda zavodda 50 model buraxılır, qiymətlər isə 98 manatdan başlayaraq 1 986 manat arasında dəyişir.

 

Şirkət nümayəndəsi velisiped satışının mövsümi olaraq dəyişdiyini və ilin ilk yarısında 1400-dən artıq velosiedin satıldığını bildirib. Şirkətin nümaynədəsi İSMA brendinin qiymətlərinin bazardakı digər təkliflərlə müqayisədə yüksək olmasıqı onların daha yüksək keyfiyyətli istehsalı ilə əsaslandırıb. 

 

P.İlyasov satışların azlığından şikayətlənməsə də, etiraf edib ki, zavod buraxılan modellərin sayını azaltmaq, qiymətləri isə aşağı salmaq niyyətindədir: "Biz ilk dəfə bazaar girəndə çox yüksək keyfiyyətlə girdik. Zavod bazarın tələblərinə görə tam marketinq aparırdı ki, bazaar bu gün nə istəyir?  Ona görə modellərimiz də çox idi. Rayonlardan gələn sifarişlər, Bakıdakı sifarişlərlə biz müəyyən edirik ki təlabat daha çox nəyədir, hansı qiymət kateqoriyasına tələb var". 

 

Onun sözlərinə görə, artıq ilin sonundan etibarən model sayı 50-dən 47-yə endiriləcək, eləcə də qiymətlər aşağı salınacaq: "Bazara uyğun modifikasiya bizim qiymətlərimizə 15-20 faiz azalma ilə müşahidə ediləcək. Təzə modellərin eləsi olacaq ki qiyməti enəcək, eləsi də olacaq qiyməti artacaq. Qiymətlərin enməsi velosipedlərin 70%-ə aid olacaq".

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

16.10.2018 09:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ