Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərsığorta” Milli Məclisdə tənqid olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsığorta” Milli Məclisdə tənqid olunub

Deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bir qrup şəhid ailəsinin  birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı problem qaldırıb.

 

Reklam_3_11

 Deputat qeyd edib ki, ölkə prezidenti mütərəqqi addım ataraq şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi məsələsini təmin edib: “Bu çox vacib addım  idi. Ancaq çox sayda adam var ki, onlar bu hüquqdan yararlana bilmir. Bildirilib ki, vaxtilə 50 min manat olan pulu alıblar. Onlar isə bunu almadığını deyir.

 

Vətəndaşın öhdəsinə buraxırlar ki, alıb almamaq məsələsini özlərini sübut etsinlər. Başa düşmürəm ki, onlar niyə özləri sübut etməlidir? Nazirlik deyir ki, “Azərsığorta”da sizin adınız siyahıya salınmayıb. Qurumlar öz işini görə bilmir və şəhid ailələri Milli Məclisin deputatlarının üzərinə gəlirlər. Mən onları bu gün qəbul etdim. Məmurlar öz işini yerinə yetirə bilmir. Deyirlər ki, 5 ildən bir arxivi yandırırıq. Ona görə elektron formada sənədləşməni həyata keçirmək vacib addımdır”.

 

Deputat Zahid Oruc da həmkarını dəstəkləyib. O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir: “Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq. Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.

 

Həmçinin iclasda çıxış edən Qənirə Paşayeva da həmkarlarının fikirlərinə dəstək olub.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© “Qafqazinfo” 

16.10.2018 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ