Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərmaş”ın hədəfə çatması çətin görünür

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərmaş”ın hədəfə çatması çətin görünür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycanda cəmi 458 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).

 

Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust ayları (8 ayda) ərzində Azərbaycanda 311 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Sentyabrda istehsal 147 ədəd artıb. Avqustda artım 42 ədəd təşkil etmişdi.

 

Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,3 dəfə artıb.

 

01.10.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 458 ədəd minik avtomobilinin 153  ədədi anbarlarda olub. 01.09.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi. Beləliklə anbarda yığılan minik avtomobillərinin sayı 22 ədəd artıb.

 

Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.

 

Bu ilin Martında  Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) fəaliyyət göstərir.  

 

 “Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodun proqnoza əməl etməsi üçün ilin sonunadək 1000-dən artıq avtomobil istehsal etməlidir. Bu da çox çətin görünür.

16.10.2018 12:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ