Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nazirlikdən deputatlara cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlikdən deputatlara cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvlərinin Mili Məclisin qarşısında etiraz etməsinə münasibət bildirib.

 

Nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, bu gün Milli Məclisin qarşısında illər öncə birdəfəlik sığorta ödənişini almadığını iddia edən bir qrup şəhid hərbi qulluqçularımızın ailə üzvləri etiraz ediblər: "Narazı vətəndaşlarımızın şikayətləri nazirlikdə də araşdırılıb. Bir neçə saata araşdırmanın nəticələrini sübutlarla geniş ictimaiyyətə çatdıracayıq".

 

Qeyd edək ki, bu gün bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvləri Milli Məclisə gedib. Həmçinin Milli Məclisin bugünkü plenar iclasında bir neçə deputat müavinət ala bilməyən şəhid ailələrinin məsələsini qaldırıb.

 

Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

16.10.2018 12:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ