Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank, BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank, BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

12-14 oktyabr 2018-ci ildə İndoneziyanın Bali adasındakı Nusa Dua bölgəsində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı qrupunun illik yığıncağı təşkil edilib. Yığıncaqda Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub.

 

Reklam_3_11

Dünyanın aparıcı maliyyə qurumlarından, özəl sektordan, qeyri-hökumət təşkilatlarından, beynəlxalq akademik çevrələrdən nümayəndələrin qatıldığı yığıncaqda qlobal maliyyə sistemindəki duruma, dünyanın iqtisadi mənzərəsinə diqqət yönəlib. Sosial-iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması,  qlobal ticarət, insan kapitalı, maliyyə-vergi sahəsində rəqəmsal həllər və s. bu kimi məsələlər müzakirə edilib. Birgə effektiv fəaliyyət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

 

Yığıncaqda iştirak edən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib:

 

“Müxbir əlaqələrin qurulması, beynəlxalq ticarətin maliyyələşdirilməsi, müştərilərə geniş bank xidmətlərinin göstərilməsi baxımından Azərbaycan Beynəlxalq Bankı regionda çox böyük rol oynayır. Xarici maliyyə institutları, qlobal ödəniş sistemləri ilə bank sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu cür platformalarda iştirak da beynəlxalq tərəfaşlıq əlaqələrimizin daha da inkişafına xidmət edir. İndoneziyada keçirilən tədbir bu baxımdan kifayət qədər məhsuldar oldu”.

 

Onun sözlərinə görə, yığıncaq çərçivəsində dünyanın bir sıra aparıcı maliyyə qurumlarının, o cümlədən “Citi Group”un, “Lazard” şirkətinin rəhbər vəzifəli şəxsləri ilə görüşlər olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

16.10.2018 13:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ